Sinif rəhbəri / Tədris / Direktor

Fizika kabinetində şagirdlər üçün təhlükəsizlik texnikasına dair təlimatlar

  • Admin
  • 14-mar-2024, 10:59
  • 103 Baxış


 

1.Diqqətli və intizamlı olun, müəllimin göstərişlərini dəqiq yerinə yetirin.
2.Müəllimin icazəsi olmadan işin yerinə yetirilməsinə başlamayın.
3.Öz iş yerində cihazları, materialları, avadanlıqları elə yerləşdirin ki, onların düşməsi və yıxılması halları olmasın.
4.İşin yerinə yetirilməsindən əvvəl onun məzmununu və yerinə yetirilməsinin gedişini öyrənmək lazımdır.
5.Təcrübələri apararkən şüşə qabların (sınaq şüşəciyi, kolbalar) düşməsinin və yıxılmasının qarşısını almaq üçün onları ehtiyatla ştativə birləşdirin.
6.Təcrübələr apararkən ölçü cihazlarının həddən artıq yüklənməsinə imkan verməyin. Xüsusən, şüşə cihazlarla işləyərkən ehtiyatlı olun. İçərisində bərkimiş maddə olan sınaq şüşəciyindən termometri çıxarmayın.
7.Cihazlarda və əlavə qurğularda bütün birləşmələrin saz olmasına diqqət yetirin. Maşının fırlanan hissələrinə toxunmayın və ona tərəf əyilməyin (xüsusilə dağınıq saçla).
8.Eksperimental qurğuları quraşdırarkən zədələri olmayan möhkəm izolyasiyalı naqildən (ucluqlu və qoruyucu örtüklü) istifadə edin.
9.Elektrik dövrəsini quraşdırarkən naqillərin kəsilməsinə imkan verməyin, izolyasiyaları xarab olmuş naqillərdən və açıq tipli elektrik açarlarından istifadə olunması qadağandır (42B-dan artıq gərginlikdə).
10.Elektrik dövrəsində ən axırda cərəyan mənbəyini qoşun. Dövrədə gərginliyin olub-olmadığını yalnız cihazlarla və yaxud gərginlik göstəriciləri ilə yoxlayın.
11.Gərginlik altında olan, izolyasiyası olmayan elemntlərə toxunmayın. Elektrik mənbəyindən ayrılmış dövrdə yenidən birləşmələr aparmayın və qoruyucuları dəyişdirməyin.
12.İş vaxtı elektrik maşınının fırlanan hissələrinə təsadüfən toxunmamaq üçün diqqətli olun. Maşının lövbəri və rotoru tamamilə dayanmayınca onu elektrik dövrəsinə yenidən qoşmayın.
13.Stasionar elektrik avadanlıqlarının gövdəsinə, dövrədən ayrılmış kondensatorun sıxıcılarına toxunmayın.
14.İzolə edici dəstəyi olan alətlərdən istifadə edin.
15.İş qutardıqda elektrik mənbəyini ayırın, bundan sonra elektrik dövrəsini sökün.
16.Müəllimin icazəsi olmadan iş yerini tərk etməyin.
17.Gərginlik altında olan elektrik qurğularında nasazlıq aşkar etdikdə təcili olaraq elektrik mənbəyini ayırın və müəlliminizə məlumat verin.
18.İşlədicilərin dövrəyə birləşdirilməsi üçün ştapsel birləşmələrdən istifadə edin.
19.Elektrik cihazları ilə işlədikdə və onların təmirində kontakt səthi olmayan rozetkalardan, yuvalardan, sıxıcılardam, elektrik açarlarından istifadə edin.
Tərtib etdi : 
Təsdiq edirəm :                                                           Razılaşdırılmışdır : Həmkarlar komitəsinin sədri
Məktəbin direktoru : 
"__” ____________201_ - ci il                                   "__” ____________201_ - ci il

Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?