Direktor / İdarəetmə

İdarəetmənin məqsəd və vəzifələri - idarəetmənin təşkili

  • Admin
  • 14-mar-2024, 12:58
  • 10 Baxış


İdarəetmə fəaliyyətinin təşkilində aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
– İdarəetmənin quruluşunun müəyyənləşdirilməsi;
– hər dövr üçün quruluş, məzmun və funksional komponentlərin ayrılması;
– idarəetmənin bütün dövrlərində işdə olan çətinlikləri aradan qaldırmaq üçün qarşılıqlı fəaliyyətin təşkil
edilməsi;
– pedaqoji və şagird kollektivləri səviyyəsində idarəetmə bacarığının öyrənilib həyata keçirilməsi;
– əks-əlaqə, koordinasiya və idarəetmədə münasibətlərin yaradılması.
İdarəetmənin təşkili dedikdə rəhbərliyin məktəb daxilində həyata keçirməli olduğu sahələri nəzərdə tutulur.
Məktəb direktorunun təşkilati işdə aparıcı rolu ondan ibarət olur ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb edir, kollektivin fəaliyyətində bir sistem yaradır.
 
Məktəb rəhbərindən dərin nəzəri biliyə, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olması tələb olunur.
İdarəetmənin təşkilində siyasi tərbiyə, tədris, təlimati –metodik təĢkilatıçlıq və təsərrüfatçılıq fəaliyyətinə diqqət yetirilir.
Təşkilatçılıq işində məktəbin kadrların seçilib yerləşdirilməsi, pedaqoji kollektiv arasında təlim-tərbiyə və ictimai tapşırıqların dəqiqləş-dirilməsi, özfəaliyyət orqanları və şagirdlərin yaradıcı birliklərinin işinin təşkili, pedaqoji kadrların yüksək işgüzarlığını təmin etmək üçün şəraitin yaradılması, optimal rejimin təmin olunması, ümumməktəb kollektivinin dəqiq və mürəkkəb iş ritminin qaydaya salınması, işçilərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi kimi aktual məsələlər öz əksini tapır.
şəxsiyyətə kollektiv və ictimai təşkilatların təsirinin təşkili, əmək intizamını möhkəmləndirməyə,
məktəbdə məsuliyyət hissini artırmağa,
 
rəhbərlik qarşısında hesabat verməyə və təcrübə mübadiləsi aparmağa geniş imkan verir.
Məktəb rəhbərlərinin əsas keyfiyyətlərindən biri odur ki, özünü təşkil edə bilsin, təşkil olunmamış rəhbər müəllim və şagird kollektivini səfərbər edib, pedaqoji prosesin təkmilləşdirilməsi məsələlərini həll edə bilməz.
İdarəetmənin təşkilində təsir müxtəlif xarakterdə olur:
tabeçilikdəki işçinin öz iş dairəsi və onun vəzifələri haqqında məlumatlandırılmasında işçinin arzusunun öyrənilməsi,
etdiyi hərəkətə inamın yaradılması,
intellektuallıq və emosionallığa zəmin hazırlanması,
 
kollektivin üzvləri arasında yüksək fəaliyyətin təşkili və ruh düşgünlüyünün aradan qaldırılması və s.
O.H.Rzayev, S.M.Məmmədov, Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?