Pedaqoji prosesin idarə edilməsində bütün iştirakçılar öz işləri üçün məsuliyyət daşıyır və özündən yüksək pillədə olanlar qarşısında hesabat verir.
İdarəetmə fəaliyyəti aşağıdakı pillələr üzrə təşkil olunur:
– birinci pillə – məktəb direktoru;
– ikinci pillə – təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı;
– üçüncü pillə – pedaqoji kollektivin ictimai təşkilatları və kollegial idarəetmə orqanları;
– dördüncü pillə – müəllimlər, tərbiyəçilər və sinif rəhbərləri;
– beşinci pillə – müəllimlər və şagirdlər.
Xüsusilə, yuxarı sinif şagirdləri, birgə fəaliyyət göstərən orqanlar (pedaqoji və şagird kollektivinin birgə şurası, məktəbdə keçirilən xətt, müxtəlif komissiya və şuraların işi və s.
– altıncı pillə – şagird kollektivi, gənclər və uşaq birlikləri, şagird özünüidarə orqanları;
– yeddinci pillə – şagird kollektivin bir üzvü kimi;
Tərbiyə edənlə, tərbiyə olunanın idarəetmədə birgə fəaliyyəti məktəblinin sosial çərçivədə təcrübəsini genişləndirir, məktəbdaxili pozitiv münasibətləri formalaşdırmağa kömək edir, həlledici mərhələlərdə öz fikrini deməyə imkan verir, müəllimlərlə ittifaq yaratmağa, onların yaxın köməkçisi olmağa istiqamətləndirir. Buna görə də müəllim və şagird idarəetmə orqanlarının birgə qərarının lazımlı, obyektiv və təxirəsalınmaz olması zərurəti meydana gəlir.
Məktəbi idarəetmənin məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər bir konkret şərait üçün müəyyən-ləşdirilir. Bunun üçün struktura daxil olan sahələrin hər birində mövcud vəziyyəti aşkara çıxarmaq, müəyyənləşdirmək və bunların nəticə-lərinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhə-miyyətli olur.
Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur. Məsələn, dərsin müzakirəsi müxtəlif məqsədlərlə aparıla bilər, müəllim fəaliyyətini öyrənmək, şagirdlərin bilik keyfiyyətini müəyyənləşdirmək, dərsdə seçilmiş metodların məqsədəuyğunluğu, istedadlı şagirdlərlə aparılan iş, əyani və texniki vasitədən istifadə və s. bu prosesdə fənlərin xüsusiyyətlərini nəzərə almaqla metodbirləşmələrdə hər bir müəl-limin qarşısında qoyulan vəzifəni konkretləşdirmək və detallaşdırmaq üçün istiqamət verilir.
İdarəetmənin təşkilində şagird kollektivinin fəaliyyəti möhkəm və dərin biliyə yiyələnməyə, şagirdlərin şüurlu fəaliyyətini inkişaf etdirməyə, müstəqil biliyini artırmağına stimul yaratmağa istiqamətləndirilir.
İdarəetmənin təşkilində valideynlər də kənarda qalmır. Onlar pedaqoji praktikumlar vaxtı ev tapşırıqlarını necə yerinə yetirmək qaydasını öyrənir və öz uşaqlarına bu sahədə kömək edirlər.
Məktəb rəhbərinin vəzifəsi idarəetmənin təşklindəki bütün iştirakçıların fəaliyyətini müəyyənləşdirmək, işlərini stimullaşdırmaq üçün şərait yaratmaq, fərdi-psixoloji fəaliyyəti düzgün qiymətləndirmək üçün üfüqi və şaquli istiqamətlərdə hərəkət etməkdən ibarətdir.
O.H.Rzayev,S.M.Məmmədov,Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI