Direktor

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

  • Admin
  • 14-mar-2024, 16:08
  • 6 Baxış


Karyera Tədris və Araşdırmalar Mərkəzində hazırlanmış məktəb idarəedicilərinin stolüstü kitabına çevrilən "Təhsil və İdarəedici " kitabının nəşr olunması ilə bağlı tanınmış təhsil eksperti Nadir İsrafilov  özünün facebook səhifəsində münasibət bildirib. Nadir müəllimin həmin yazısını sizlərə təqdim edirik.
Bu günlərdə "Karyera Tədris və Araşdırmalar Mərkəzi” tərəfindən ərsəyə gətirilmiş, ümumtəhsil məktəbinin direktorları və müavinləri, gələcəkdə bu işdə işləmək istəyənlər üçün nəzərdə tutulmuş və ümumilikdə bütün təhsil işçiləri üçün yararlı sayıla biləcək "Tədris və idarəedici” sənədlər toplusu ilə tanış olarkən, istər-istəməz bəyənmədiyimiz sovet dönəminin bir təhsil ənənəsi yadıma düşdü.
 
Yəni, o zamanlar təhsilə dair bütün müvafiq sənədlər – Nazirliyin əmr və təlimatları, təhsilə dair normativlər, qaydalar, tövsiyələr, digər qanunvericilik aktları anındaca Nazirliyin mətbu orqanlarında dərc olunmaqla yanaşı aidiyyatı üzrə yerlərə göndərilər, bir növ məktəb rəhbərlərinin stolüstü aksessuarına çevrilərdi. Düzdür indi, hər şey elektronlaşıb, effekt başqadır.
 
Bununla belə hansısa zəruri bir sənədi axtarışa verib, tapmaq ayrı şeydir, bilavasitə, əlinin altında, gözünün önündə olması tamam başqa şey. Bu həm də yazılı çap sənədinə, nəşr sənətinə, getdikcə yadırğadığımız kitaba olan marağı stimullaşdırmaq üçün bir vasitədir.
P.S.Kitabı əldə etmək istəyənlər şəhərin bütün kitab evlərinə və ya Karyera Tədris Mərkəzinə  ( 012 480 14 02 /
050 208 99 47) müraciət edə bilərlər.Bölgələrdə yaşayanlar kitabı 1061 saylı (012-459-05-00) poçt vasitəsi ilə əldə edə bilərlər.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?