İdarəetmə / Direktor / Sinif rəhbəri / Valideyin

Formal təhsilin təşkili qaydaları

  • Admin
  • 16-mar-2024, 15:33
  • 4 Baxış


1.Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və formal təhsilin təşkili məsələlərini tənzimləyir.


2.Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.


3.Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.


4.Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir.


5.Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi  müəyyən edilir:

 

5.1.ümumi təhsil pilləsi üzrə: ibtidai təhsil səviyyəsində - əyani;

ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat); tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);


5.2.ilk peşə-ixtisas təhsili pilləsi üzrə:


-əyani;


5.3.orta ixtisas təhsili pilləsi üzrə:


-əyani, qiyabi, distant (məsafədən);


5.4.ali təhsil pilləsi üzrə:


bakalavriat səviyyəsində - əyani, qiyabi, distant (məsafədən); magistratura səviyyəsində - əyani, qiyabi;

doktorantura səviyyəsində - əyani;


5.5.yenidənhazırlanma təhsili üzrə:

 

-əyani;


5.6.təkrar ali və ya orta ixtisas təhsili üzrə:

 

-əyani, qiyabi.

 

6.Ümumi  təhsil pilləsində qanunvericiliyə  uyğun təşkil edilən  şagirdlərin evdə  təhsili  və

 

fərdi təhsili də formal təhsil hesab edilir.

 

7.Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada təşkil olunur.

 

8.Formal təhsil ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində həyata keçirilir.

 

9.Formal təhsil Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.

 

10.Formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir.

 

11.Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?