Direktor

Effektiv Məktəb Rəhbərliyi

  • Admin
  • 18-mar-2024, 18:35
  • 1 Baxış


Effektiv Məktəb Rəhbərliyi
 
İdarəetməni paylaşma – Təlim-tərbiyə ilə bağlı mövzularda məktəb icmasını məlumatlandırır. Məktəbin hədəflərini məktəb icmasıyla birlikdə müəyyənləşdirir. Hədəflərdən doğan fəaliyyətləri məktəb icmasıyla birlikdə həyata keçirdir. Məktəb fəaliyyətiylə bağlı qərar vermə prosesinə məktəb icmasını daxil edir. 
Prioritet İdarəetmə – Vaxtını səmərəli istifadə edir. İşlərini vacibliyinə görə sıralayır və anidən baş verə biləcək hadisələr üçün əlavə zaman ayırır. Məktəbdə vaxtının çoxunu təlim-tərbiyə ilə bağlı işlərə sərf edir.
 
Riski idarə etmə – Məktəb idarə etməsində yarana biləcək riskləri öncədən görür, riski qiymətləndirir və riski minimuma endirmək üçün önləyici tədbirlər görür. Qarşılaşılan riskləri və fürsətləri məktəbə fayda verəcək şəkildə idarə edir.
Aktiv dinləmə – Məktəb kollektivinin fikir bildirməsinə şərait yaradaraq onların məsələni daha ətraflı anlamalarını və məsələyə fərqli prizmadan yanaşmalarını təmin edir. Bu davranış, kollektivin aidiyyət duyğusunu da inkişaf etdirir. 
 
İnkişafı təmin etmə – Müəllim və şagirdlərlə bağlı yüksək gözləntiləri vardır. Məktəb fəaliyyətinin qiymətləndirilməsinə və inkişaf etdirilməsinə rəhbərlik edir. Təlim-tərbiyə prosesini qiymətləndirir. Məktəbdə effektiv tədris mühitinin yaradılmasına liderlik edir. Müəllimlərin məsləki ehtiyaclarını müəyyən edir və ehtiyaclarını qarşılamaq üçün tədbirlər görür. 
Əməkdaşlıq etmə – Məktəbin uğur qazanması üçün cəmiyyətin və valideynlərin məktəb faaliyyətlərində iştirakını təmin edir.
Əlçatan olma – Məktəbin hər yerində görünür, sinifləri ziyarət edir, şagird və valideynlərlə ünsiyyətə açıqdır.
Sağlam məktəb iqlimi yaratma – Məktəbdə qarşılıqlı sayğı və anlayışa əsalanan mühit yaradır. Məktəbdə yaxşı davranışlar nümayiş etdirmədə nümunəvi şəxsdir.
Təqdir etmə və mükafatlandırma – Mükafatlandırmanı ədalətli şəkildə həyata keçirtmək üçün öncədən mükafatlandırma şərtləri haqqında məktəb icmasını məlumatlandırır. Məktəbin uğur qazanmasında əməyi olan müəllim, şagird və valideynləri məktəb ictimaiyyəti qarşısında təqdir edir və mükafatlandırır.
 
Gülşən Əlizadə


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?