Direktorların işə qəbulu imtahanının müsahibə mərhələsində iştirak edən namizədlərə ünvanlanan psixoloji sualların müsahibə reqlamentinə uyğun olub - olmaması barədə bizə suallar ünvanlanır.
" Qarşınıza vəhşi heyvan çıxsa nə edərsiniz?" , "Ayı götürərsiniz, yoxsa günəşı?", "Bir əlinizdə od var ,o biri əlinizdə su bunlardan hansını atarsınız?", "Ağac olsanız nə edərsiniz?" və s kimi psixoloji sualların verilməsi müsahibə proqramına əlbəttə uyğundur.
Direktor vəzifəsinə işə qəbul üzrə keçiriləcək onlayn müsahibələr üzrə Reqlamentdə qeyd edilir ki,Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
- Peşə üzrə nəzəri bilikləri – namizədin müsabiqə proqramı üzrə bilikləri;
- İdarəetmə bacarıqları –
namizədin nəzəri biliklərini tətbiqetmə bacarığı
- Ümumi dünyagörüşü və şəxsi keyfiyyətlər – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, həmin hadisələrə dair fikirləri, namizədin məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, emosional sabitliyi, özünütənqid, nüfuzetmə, qərarvermə, təhliletmə, ünsiyyətqurma bacarıqları.
Burdan da görünür ki, psixoloji suallar namizədin şəxsi keyfiyyətlərini qiymətləndirmək məqsədi ilə müsahibə komissiyasının üzvü olan psixoloq tərəfindən verilir və bu sualların verilməsində heç bir qanun pozuntusu yoxdur.Əksinə Reqlamentin tələblərinə uyğun bu cür sualların verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təhsil mütəxəssisi Elşən Şükür Şəmmədli