Tərbiyə

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

  • Admin
  • 23-mar-2024, 13:22
  • 100 Baxış


Dərnəyin tərkibini komplektləşdirir və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görür. Aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən edir. Məşğələlərin planını, proqramını tərtib edir və onların yerinə yetirilməsini təmin edir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, onların meyl və maraqları üzrə inkişafına kömək edir. İstedadlı şagirdlərin üzə çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş aparır, olimpiada, yarış, sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin edir. Valideynlərə və məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər verir. Məşğələ zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar gigiyena normalarına əməl olunmasını təmin edir.
Bilməlidir:
Şagird şəxsiyyətinin inkişafının əsas qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və maraqlarını; pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını: təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini; müvafiq təmayül üzrə dərnək və digər məşğələlərin proqramlarını, sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə normativ sənədləri, texniki vasitələrdən istifadə, əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə (dərnək rəhbəri) - orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;
9-cu dərəcə (dərnək rəhbəri) - orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə (dərnək rəhbəri) - a) ali təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;
11 -ci dərəcə (dərnək rəhbəri) - a) ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən; b) orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan; 
12-ci dərəcə (II kateqoriya dərnək rəhbəri) - a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; b) orta ixtisas təhsilli, 15 ildən çox pedaqoji stajı olan;
13-cü dərəcə (I kateqoriya dərnək rəhbəri - a) ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;
14-cü dərəcə (ali kateqoriyalı dərnək rəhbəri - a) ali təhsilli, 18 ildən çox pedaqoji stajı olan.
 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?