Tədris / Sinif rəhbəri

Oxu və Paylaş ! Metodiki Birləşmənin Əsasnaməsi

  • Admin
  • 23-mar-2024, 13:51
  • 26 Baxış


    _______  fənni  üzrə Metodiki Birləşmə haqqında Əsasnamə 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi _______  Rayon ( Şəhər) Təhsil Şöbəsi ( İdarəsi )  ____№-li tam orta məktəbin  Pedaqoji  Şurasının  ___ sentyabr   20___ -cu il tarixli   ___/___  Qərarı ilə təsdiq olunmuşdur.
 
________  fənni üzrə Metodiki Birləşmənin Əsasnaməsi 
1.Ümumi müddəalar 
1.1.Hazırkı "Metodik Birləşmə haqqında Əsasnamə ” (bundan sonra – Əsasnamə)  məktəbdə ______ fənn üzrə metodiki fəaliyyətin sistemli təşkili və həyata keçirilməsi məqsədi ilə  işlənib hazırlanıb. 
1.2. _____ fənni üzrə Metodiki Birləşmə  (bundan sonra – MB) ___ fənni üzrə fənn müəllimlərini  müəllimləri birləşdirən  ___ №-li məktəbin Mettodiki Şurasının struktur bölməsidir. 
1.3.MB  ___ fənni üzrə ən azı 3 müəllim işlədikdə ( müəllimlərin sayı 3 nəfərə çatmadıqda 1 və 2 nəfər olduqda  __ fənlə birləşdirilərək ) yaradılır.
1.4.MB  məktəbin tədris ilinin əvvəlində ,məktəbin ilk Pedaqoji Şurasının qərarı ilə yaradılır və məktəb direktoru tərəfindən əmrləşdirilir.
1.5.MB-nin sədri MB üzvləri arasından müasir təlim texnalogiyalarını , təhsil ilə bağlı qanunvericiliyi daha yaxşı bilən və idarəetmə və ya liderlik bacarığına malik müəllimlər arasından tədris işləri üzrə direktor müavinin təqdimatı əsasında məktəb direktorunun müvafiq əmri ilə təyin edilir.
1.6.MB-nin fəaliyyəti pedaqoji təhlilə, onun tədris proqramı və  təlim-tərbiyə  prosesinin proqnozlaşdırılması və planlaşdırılmasına və həyata keçirilməsinə  əsaslanır.
1.7.MB fəaliyyətinin əsas istiqamətləri, məzmunu, formaları və iş metodları onu  üzvləri tərəfindən təhsil müəssisəsinin illik Fəaliyyət planına uyğun olaraq müəyyən edilir.
2. Metodiki Birləşmənin fəaliyyətin məqsədləri və vəzifələri 
2.1.MB fəaliyyətinin məqsədi şagirdlərin  keyfiyyətli təhsil almasına zəmanət verən ____ fənn müəllimlərinin peşəkarlığının səviyyəsinin artırılması məqsədi ilə onların  yaradıcı pedaqoji-metodiki fəaliyyəti üçün şəraitin yaradılması hesab edilir.
2.2.MB-nin  fəaliyyəti aşağıdakı məsələlərin yerinə yetirilməsinə yönəlib: 
-Təhsilalanların təhsilinin və tərbiyəsinin daha rasional metodlarının və qəbullarının mənimsənilməsini və istifadə edilməsini təmin etmək; 
-Təlim-tərbiyə işinin səmərəli təşkili və həyata keçirilməsi üçün  ____fənn müəllimlərinin  ümumdidaktik və metodik hazırlığı səviyyəsini daima artırmaq; 
-Qabaqcıl pedaqoji təcrübəni öyrənmək və yaymaq;
-MB səviyyəsində innovativ təlim metodlarının həyata keçirilməsini  təmin etmək; 
-Təlim-tərbiyə prosesinin  təşkili zamanı yeni üsulları aşkar etmək, təbliğ etmək və həyata keçirmək; 
-Müasir pedaqoji nəzəriyyə və təcrübənin daima mənimsənilməsini,inkişaf etdirilməsini  təmin etmək; 
-Müəllimlərin öz peşəkarlıqlarını inkişaf etdirməsi , təkmilləşdirməsi üçün şərait yaratmaq və fənn üzrə müəllimlərin  peşəkarlığını inkişaf etdirməsini ,yeni təlim texnalogiyalarına yiyələnməsini  həyata keçirmək. 
3.Metodiki Birləşmənin fəaliyyətinin məzmunu
3.1.Tədris məsələləri üzrə normativ metodik sənədləşmənin öyrənilməsi.
3.2.Ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə təlim nəticələrini və səviyyələr üzrə _____fənnin məzmun  standartlarının öyrənilməsi üzrə pedaqoji işçilərinfəaliyyətinin  təşkili.
3.3.Fənn müəllimlərinin pedaqoji fəaliyyəti həyata keçirərkən qarşıya çıxan  çətinliklərin diaqnostikası və  müəllimin pedaqoji tələbatların təhlili əsasında peşəkarlığının inkişafı  formasının seçimi, fənn tədrisinin vəziyyəti təhlilinin aparılması
3.4.Fəaliyyətin planlaşdırılması və təhlili. Planlaşdırma prosesində müəllimlərin peşəkarlığı və özünütəkmilləşdirmə nəzərə alınır. MB-nin  illik Fəaliyyət Planı məktəbin illik Fəaliyyət Planı nəzərə alınmaqla  Metodiki Birləşmənin sentyabr ayında ilk iclasında müzakirə olunaraq qəbul edilir ,  məktəbin Metodiki Şurasının sədri ( tədris işləri üzrə direktor müavini ) ilə razılaşdırılır və təsdiq üçün məktəbin direktoruna təqdim edilir.  
3.5.Təlim-tərbiyə fəaliyyətinin təşkilinin məzmunu, metodları və forması məsələsi üzrə tövsiyələrin işlənib hazırlanması; fənlər üzrə tədris fəaliyyətinin təhlili əsasında təlim-tərbiyə işlərinin təşkilinin effektivliyini artırma;
3.6.Məktəbdənkənar təhsilə cəlb olunana şagirdlərlə  tanışlıq, elmi -pedaqoji fəaliyyətin əsas istiqamətlərinin və aktiv formalarının işlənib hazırlanması (olimpiada, konfrans, intellektual – yaradıcılıq müsabiqələri, baxışlar, fənn həftələri və sair);
3.7.İstedadlı və bacarıqlı uşaqlara dəstəyin təşkili (olimpiadalara, konfranslara, intellektual – yaradıcılıq müsabiqələrinə və sair hazırlıq).
3.8.Tədrisin  məzmununun təkmilləşdirilməsi,  variativ dərsliklərdən və vəsaitlərdən istifadənin təşkili.
3.9.Tədris proqramlarının, metodik vəsaitlərin, texnologiyaların və sair işlənib hazırlanması, resenziya ((lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir)  edilməsi, ilkin ekspertizası.
3.10.Pedaqoji təcrübənin öyrənilməsi, birləşdirilməsi, təbliği, aktual təcrübənin məlumatlar bankının yaradılması.
3.11.Fənn üzrə müxtəlif müəlliflərin metodik işləmələri ilə tanış olma, fənn tədrisi metodlarının təhlili. 
3.12.Özünü təhlil və əldə edilmiş nəticələrin təhlili ilə müəyyən tematika üzrə dərslərin qarşılıqlı səfərlərin təşkili.
3.13.Fənn üzrə innovasiya, eksperimental iş.
3.14.Fənn üzrə " Ümumi təhsilin dövlət standartları və kurikulumları " əsasında proqramın mənimsənilməsi nəticələrinin qiymətləndirilməsinə vahid tələblərin işlənməsi. 
3.15.Müəllimlərin peşəkar özünü tədrisi haqqında hesabatların, peşəkarlığının artırılması ,ixtisasartırmada iştirakının , üzünüinkişaf  haqqında hesabatların dinlənilməsinin aparılması.
3.16.Dövrü olaraq  fənn həftələrinin (dekadaların) təşkili və aparılması.
3.17.Fənn olimpiadalarının, müsabiqələrin, baxışların birinci mərhələsinin təşkili və aparılması.
3.18.Şagirdlər ilə fənn üzrə sinifdən kənar işlərin təşkili.
3.19.Fənn  kabinetinə, müasir tələblərinə uyğun olaraq fənn üzrə əyani-tədris vəsaitlərinin təmin edilməsi  üzrə iş.
3.20.Fənn üzrə  qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək və yaymaq məqsədi ilə master-klasslar (açıq dərslərin) , tapşırıqların,müəyyən mövzu üzrə seminarların təşkili və pedaqoji şuralarda  bununla bağlı çıxış etmə.
3.21.Bütövlükdə və hər bir pedaqoqun ayrı – ayrılıqda təcrübəsini MB-nin ümumi  təcrübəsində birləşdirilməsi, materiallarının hazırlanması.
3.22.Tədris iloinin sonunda kurukilum üzrə qiymətləndirilmənin aparılması.
3.23.MB üzvlərinin fəaliyyətində effektivlik diaqnostikasının (monitorinqinin) təşkili. 
3.24.Müəllimin, sinif rəhbərinin pedaqoji ustalığının təkmilləşdirilməsi .
3.25.Pedaqoji işçilərin sertifikasiyaya hazırlığının təşkili   
4.Fəaliyyətin strukturu və təşkili 
4.1.____ fənni üzrə MB rəhbəri  , pedaqoji şura, direktor, onun müavinləri ilə qarşılıqlı əlaqəni həyata keçirir, metodik, təcrübə, eksperimental və elmi – tədqiqat fəaliyyətinin məqsədlərini və vəzifələrinin reallaşdırılması üzrə  fəaliyyəti koordinasiya edir. 
4.2.MB öz işini ____ _______ tam orta məktəbin  illik Fəaliyyət Planına   uyğun olaraq təşkil edir.
4.3.MB iclasları  ayda 1 dəfədən gec olmayaraq keçirilir..
4.4.Metodik Birləşmənin iclasları pratakollaşdırılır.Hər tətil vaxtı( noyabr, yanvar, mart,iyun) Tədris işləri üzrə direkto müavini ilə  MB-nin keçən dövr üçün fəaliyyəti  təhlil edilir. Hər təqvim ayının sonuncu iş günü MB rəhbəri keçən ay üçün görülmüş işlərlə bağlı Tədris işləri üzrə direktor müavininə yazılı hesabat verir.MB-nin Fəaliyyət Planı , MB iclasının protokolları, aparılmış iş haqqında hesabat üç il ərzində məktəbdə saxlanılır. .
4.5. Metodiki Birləşmə rəhbəri MB-nin fəaliyyəti ilə bağlı Metodiki Şrada hesabatlarla çıxış edir ,tədris ilinin sonunda MB ilə bağlı sənədləri Tədris işləri üzrə direktor müavininə təhvil verir.
Təhsil fəaliyyətinin siması olan müəllimin (pedaqoji işçinin) şəxsi peşəkar nailiyyətləri,  tədris nəticələri, onun  şagirdlərinin tərbiyəsi və inkişafı məktəbin müəlliminin (pedaqoji işçinin) Portfoliosuna təqdim edilə bilər, yəni fərdi – qovluğa, orada  bu məlumatlar qeydiyyata alınır, yığılır və qiymətləndirilir.       
                                                5. MB işinin əsas formaları.
 5.1. Kollektiv:
  - metodik seminarlar;
  - metodik həftələr;
  - pedaqoji-praktiki və pedaqoji-metodiki konfranslar;
  - pedaqoji mühazirələr ;
  - metodiki sərgilər;
  - əqli hücum;
  - pedaqoji ustalıq estafeti və s.
  5.2. Qrup:   
  - qarşılıqlı dərs dinləmə;
  - master – klasslar və ya açıq dərslər;
  - "dəyirmi masalar”;
  - metodiki dialoqlar –disputlar və s.
  5.3. Fərdi:
  - müsahibələr;
  - özünüanaliz;
  - məsləhətləşmə;
  - özünütəhsil;
  - ixtisasartırma kurslarında iştirak və s.
-   müxtəlif layihələr və müsabiqələrdə iştirak
                                      6. MB fəaliyyətinin qiymətləndirilməsi meyarları
  6.1. Pedaqoqların öz fəaliyyətlərindən məmnunluqlarının artması;
  6.2. Pedaqoqların yaradıcılığa yüksək marağı;
  6.3. Müasir tədris və tərbiyə metodlarına yiyələnmək;
  6.4. Qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsi və yayılması.
                                         7. Metodiki birləşmənin sənədləri
7.1. Metodiki Birləşmə   haqqında əsasnamə ( qaydalar ).
7.2. Metodiki Birləşmənin müvafiq tədris ili üçün Fəaliyyət Planı (aylar və həftələr göstərilməklə)
7.3. Metodiki Birləşmənin müvafiq tədris ili üçün Tədbirlər Planı  (aylar və həftələr göstərilməklə)
7.4. Metodiki Birləşməyə daxil olan  müəllimlər haqqında məlumatlar ( yaşı, təhsili, ixtisası, tədris etdiyi fənn, ümümi stajı, pedoqoji  dərəcəsi , Diaqnostik Qiymətləndirmədə və ya Müəllimlərin İşə Qəbulu müsabiqəsində göstərdiyi nəticələr, müvafiq tədris ili üçün  həftəlik dərs yükü ( siniflər və həftəlik dərs yükü göstərilməklə), mükafatlar, vəzifə( Metodiki Birləşmə rəhbəri,fənn kabinet rəhbəri,sinif rəhbəri və s.) , əlavə təhsil ilə bağlı sənədlərin sürəti,sosial sığorta şəhadətnaməsinin nömrəsi,ev ünvanı və telefonu ).
7.5. Keçən tədris ili işinin təhlili.
7.6. Metodiki Birləşmənin tədris ili üçün  nəzərdə tutulan  metodiki işlərin mövzusu, onun məqsədi, prioritet istiqamətlər , hədəf və tədbirlər.
7.7. Metodiki Birləşməyə daxil olan  müəllimlərinin əlavə təhsilə cəlb olunması ilə bağlı  məlumatlar.
7.8. MB-nin müəllimlərin Sertifikasiyaya hazırlıqla bağlı  perespektiv  plan
7.8. Müvafiq tədris ili üçün KSQ və BSQ-lərin keçirilməsinin qrafiki qrafiki ( qrafiki ya müəllimlərin özü və ya metodiki birləşmə sədri tutur – tədris işləri üzrə direktor müavini təsdiq edir.)
7.9. Müvafiq tədris ilində keçiriləcək KSQ və BSQ-lərin nümunələri ( test Bankı  -tesləri    müəllimlərin özü və ya metodiki birləşmə sədri hazırlayır. )
7.10. Müvafiq tədris ili üçün  fənn kabinetləri üzrə lobaratoriya işlərinin qrafiki
7.11. Cari ildə yoxlama işlərinin qrafiki ( qrafiki ya müəllimlərin özü və ya metodiki birləşmə sədri tutur )
7.12.Metodiki Birləşməni əhatə edən Məktəbdaxili Nəzarətin Planı və qrafiki         ( tədris işləri üzrə direktor müavini təsdiq edir)
7.13.Fənnlər üzrə Metodiki Birləşmə müəllimlərinin açıq və ya nümunəvi  dərslərinin və sinifdən kənar tədbirlərin keçirilmə qrafiki ( tədris işləri üzrə direktor müavini  tərəfindən təsdiq edilir ).
7.13. Metodiki Bbirləşmə  müəllimlərinin aktual pedoqoji təcrübələrilə bağlı materialları.
7.14. Metodik həftənin  və günlərin keçirilmə planı ( tədris işləri üzrə direktor müavini təsdiq edir ).
 7.15. Metodiki  Birləşmə müəllimlərinin həftəlik dərs cədvəli ( dərsdənkənar məşğələlər və dərnəklərdə daxil olmaqla )
7.15. Metodiki Birləşmə müəllimlərinin fənn , dərsdənkənar məşğələ proqramlarının ,dərnək rəhbərlərinin proqram və ya Fəaliyyət Planının  bir nüsxəsi .
 
  7.16. Metodbirləşmənin açılmasi haqqında əmr;
  7.17. MB rəhbərinin təyin olunması haqqında əmr;
  7.18. MB müəllimlərinin funksional vəzifə təlimatları
  7.19. MB daxil olan müəllimlər haqqında  məlumat bankı: kəmiyyət və keyfiyyət tərkibi(yaş, təhsili,ixtisası, tədris etdiyi fənn, ümumi və pedaqoji stajı, pedaqoji dərəcəsi, Diaqnostik qiymətləndirmədə və ya MİQ müsabiqəsində göstərdiyi nəticələr, müvafiq tədris ili üçün həftəlik dərs yükü(siniflər göstərilməklə), mükafatlar, ev ünvanı və telefonu.
  7.20. MB müəllimlərinin özüntəhsil mövzuları haqqında məlumat.
  7.21. MB müəllimlərinin peşəkar ehtiyacları haqqında məlumat.
  7.22. Tədris proqramları və onların fənn üzrə metodiki təminatı.
  7.23. Gənc və işə yeni qəbul olunmuş müəllimlərlə iş.
  7.24. Fənn həftələrinin keçirilməsi planı.
  7.25. MB iclaslarının protokolları.
8.Metodik birləşmənin hüquqları 
 8.1.Metodik birləşmə hüquqa malikdir:
-  Tarifikasiya zamanı fənn üzrə tədris yükünün bölüşdürülməsi, pedaqoji əməkdaşların əməyinin ödənilməsi, tədris kabinetlərinin verilməsi  məktəb direktoruna   təkliflər irəli sürür; 
-Tədris pedaqoji – metodik işlərin təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır və daxil edir; 
-Elmi – metodik şuranın iclaslarında məktəbin fəaliyyəti üzrə məsələlərin müzakirə edilməsində iştirak edir; 
-Ayrı – ayrı siniflərdə fənlərin dərindən öyrənilməsinin təşkili üzrə məktəb rəhbərliyinə təkliflər irəli sürür; 
-Məktəbdə və digər tədris müəssisələrində digər MB ilə əməkdaşlığı yaradır və həyata keçirir; 
-Məktəbdə tədris prosesinin yaxşılaşdırılması haqqında təkliflər edir; 
-Metodik birlik tərəfindən toplanmış qabaqcıl pedaqoji təcrübə haqqında materialların nəşr olunması haqqında məsələlər qoyur; 
-İnnovasiya fəaliyyətində, olimpiada hərəkətinin fəaliyyətində, layihə fəaliyyətində fəal iştiraka görə metodik birlik müəllimlərinin həvəsləndirilməsi haqqında məktəb administrasiyası qarşısında məsələlər qoyur. 
-Metodiki Birləşmənin aşağıdakı hüquqları var.
- Tədris-metodiki işi təkmilləşdirmək ,inkişaf və ya yaxşılaşdırmaq məqsədi ilə məktəb rəhbərliyi  qarşısında  və ya Pedaqoji Şurada təkliflər irəli sürmək 
-Dərs bölgüsü ilə bağlı məktəb direktoruna təkliflər vermək 
-Tədris prosesini yaxşılaşdırmaq üçün təkliflər irəli sürmək.
-MB toplanmış qabaqcıl təcrübə materiallarının dərc edilməsi məsələsini qarşıya qoymaq.
-Metodiki birləşmə müəllimlərinin   rəğbətləndirilməsi  üçün məktəb rəhbərbərliyi qarşısında məsələ    qaldırmaq.
-Müəllimlərə  peşəkarlıqlarının inkişaf etdirilməsində dəstək olmaq , bu istiqamətdə  tövsiyə vermək.
-Tədris işləri üzrə  direktor müavininə tədris problemləri və şagirdlərin təlim-tərbiyəsilə bağlı  məsələlərdə təklif və məsləhətlərlə müraciət etmək.
-Müəllimlərin sertifikasiyaya hazırlaşması üçün təkliflər vermək
-Təhsil Nazirliyinin eləcə də digər qrumların təşkil etdiyi layihə və müsabiqələrdə müəllimlərin iştirak etməsi üçün namizədlər irəli sürmək.
9.Metodik birləşmənin üzvlərinin öhdəlikləri 
9.1. Məktəbin hər bir müəllimi metodik birləşmələrdən birinin üzvi hesab edilməlidir və peşəkar özünü tədris üzrə şəxsi proqramına malik olmalıdır. O borcludur: 
-Metodik birləşmə iclaslarında, seminarlarda və sair iştirak etməyə; 
-Peşəkar ustalıq səviyyəsinin artırılmasına can atmağa; 
-Fənnin tədris edilməsi metodikasının inkişafı tendensiyasını bilməyə; 
-Pedaqoji fəaliyyətin özünü təhlil etmə əsaslarına malik olmağa. 
10.Metodik birləşmənin fəaliyyətinə nəzarət 
10.1.Metodik birləşmənin fəaliyyətinə nəzarət  məktəb direktoru, məktəbin metodik iş planlarına və direktor tərəfindən təsdiq edilmiş məktəb daxili nəzarətə uyğun olaraq tədris   üzrə onun müavini tərəfindən həyata keçirilir. 
11.Metodiki Birləşmənin  fəaliyyət  müddəti 
11.1.Metodiki Birləşmə 1 tədris ili üçün fəaliyyət göstərir.
Elşən Qafarov 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?