Həmkara dəstək

Məktəb Nizamnaməsi və ya nizamsız idarə olunan məktəblərimiz

  • Redaktor
  • 24-fev-2024, 11:16
  • 25 Baxış

   

I Məqalə


Hər bir müəssənin və ya təşkilatən nizamnaməsi, onun idarə olunmasının və fəaliyyətinin əsasını təşkil edir. Dövlətin strateji fəaliyyət sahələrindən biri və ya birincisi olan təhsil sahəsində, bütün fəaliyyət qanunlara, qaydalara, hüquqi-normativ sənədlərə əsaslanmalıdır ki, bunu hamımız bilirik.
Müstəqilliyimizin 33-cü ilindəyik. Bir qərinə ….


33 ildən təhsilimiz , xüsusi ilə ümumi təhsil pilləsi müxtəlif ağır sınaqlardan keçib. 90-cı illərdə kişi müəllimlərin kütləvi şəkildə işdən çıxaraq özəl sektora axın etməsi, 2000-ci illərdən başlayaraq repititoluğun geniş vüsət alması ilə müəllimin öz peşəsinə yanaşma tərzinin dəyişməsi, 2008-ci ildən tətbiq olunan yeni təhsil proqramları (kurikulumlar) ilə birlikdə gələn və məktəbin, müəllimin olan-qalan nüfuzunu darmadağın edən hazırki məktəbdaxili qiymətləndirmə, hansı ki, cəmiyyətə etalon olan müəllim 10-20 qəpik kağız pulu, rəng pulu, katric pulu və s. yığmaqla az qala metro qabağında duran dilənçi halına salındı. Daha sonra 2014-cu ildən başlayaraq məkəb direkortorlarının və direktor müavinlərinin kütləvi şəkildə işdən çıxarılması , keçirilən imtahan və müsabiqələr yolu ilə məkəb işindən xəbərsiz olan , idfarəetmədə heç bir təcrübəsi olmayan kadrların eyni kütləviliklə direktor və müavin təyin olunması, təhsili yerli və mərkəzi idarəetmə orqanlarında dövlət-tənzimləmə funksiyasını yerinə yetirməli olan məsləhətçilərin dövlət qulluğu müsabiqəsi yolu ilə işə götürülməsi.(Ömründə bir gün də olsa məktəb(təhsilverən kimi) , jurnal üzü görməyən gənclər 10-30 ilin məktəb direktorlarına “məsləhətçi” oldular.)


Diaqnostik Qiymətləndirmənin məktəb psixoloqlarına, məktəb direktorları və müavinlərinə aid edilməməsi, tərbiyə işində əsas fünksional məsuliyyət daşıyan məktəb psixoloqlarının texniki işçilərlə bir tutulması, sertifikasiya zamanı əmək haqqında artım zamanı, tərbiyə işininin bütün ağırlığını çiyinlərində daşıyan tərbiyə işləri üzrə direktor müavinlərinə – siz sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısınız, müavin deyilsiniz deyə – onlara təsərrüfat işləri üzrə direktor müavinindən aşağı səviyyədə baxılması, məktəbin təlim-tərbiyyə prosesinin təşklində təməl rolu oynayan sinif rəhbərlərinin peşəkarlığının inkişafı ilə bağlı keçən müddət ərzində heç bir işin görülməməsi(qeyd edim ki,ölkədə fəaliyyət göstərən 4431(2022-ci statistikasına görə) ümumi təhsil məktəbində 89700-ə yaxın sinif var, yəni sinif rəhbəri var. Sinif rəhbərinin fəaliyyətinin təşkili ilə bağlı bir kitab belə hazırlanıb məktəblərə göndərilməyib, bir elektron resurs yaradılmayıb ), nəticə etibarı ilə məktəblərimizdə təlim-tərbiyə sisteminin çökməsinə gətirib çıxartdı.


Çökmüş sistemin məzunlarının – indiki valideyinlərin məktəbə və müəllimə münasibəti göz önündədir.


Problemin daha ciddi tərəfi isə budur ki, məktəblərimizdə təlim-tərbiyə işinin təşkli ilə bağlı təkcə məktəb nizamnamələri deyil , eyni zamandab sadə prosedurları həyata keçirtmək üçün elementar qaydalar yoxdur. Bu boşluqlar 2014-2016-cı illərdə zamanın Təhsil naziri olmuş Mikayıl Cabbarov və bir də hazırki Elm və Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci illərdə verdiyi bir neçə əmrlə təsdiq olunmuş bəzi qaydalar ilə qismən aradan qaldırsa da, həmin qaydaların əksəriyyəti ölkə Prezidentinin 24 iyul 2023-cun il tarixli Elm və Təhsil Nazirliyinin strukturunun müəyyən edilməsi ilə bağlı məlum Fərmanından sonra qanunvericiliyə edilmiş dəyişiliklərlə uzlaşmır.


Görünən odur ki, yeni yaranan MÜDA ( Məktəbəqədər və Ümumi təhsil Dövlət Agentliyi bu boşluqları aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır.
Ardı var…..


Elşən Qafarov .Təhsil eksperti. “Təhsil Ekspertləri Mərkəzi”nin əməkdaşı

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?