Həmkara dəstək

Bulinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər…

  • Redaktor
  • 24-fev-2024, 11:19
  • 144 Baxış

  

Son zamanlarda məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla deyəsən üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki , artıq valideyinlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağıla gələn və ağıla gəlməyən hadisələri törədən uşaqların valideyinlərini axtarmır, ictimai qınağa çəkmirlər.

Həmişəki kimi bir neçə ay öncə çəkilmiş video dünən sosial şəbəkədə paylaşıldıqdan sonra günahkar axtarışında olanlar yenə də məktəbi və müəllimi hədəf almaqda davam edirlər.
Hadisənin baş verdiyi və ya iştirakçıların oxuduğu 156 nömrəli məktəb istər Elmira xanımın , istərsə Maqsud müəllimin , istərsə də onlardan sonra məktəbə rəhbərlik edən məktəb direktorlarının dövründə məktəbdə tərbiyənin təşkili ilə bağlı həmişə ərazidə digər məktəblərə nümunə olub. Özüm həmin ərazidə uzun müddət yaşadığım və işlədiyiyim üçün bunun şəxsən şahidi olmuşam .

Son illərdə məktəbdə bulinq hallarında qızların daha çox önə çıxması təəsüf doğurur. Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir. Bu kimi halların sayı artıqca bir şeyə əmin olursan ki , deyəsən bizim xanımların əksəriyyəti ( yeni nəsil ) ərə getməklə ailə qurmaq , uşaq doğmaqla ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər.

Pedaqoqikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var : ailə, məktəb və mühit .Son 10-15 ildə yeni – çox ciddi bir amil orta çıxıb ki, bu da internet amilidir. Və internet amili digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv amillər ( xüsusi ilə valideyin) , həm də sosioloji amillər günü-gündən artmaqdadır.

Valideyinlər bir çox hallarda borca, kredidə düşərək övladlarına ( xüsusi ilə qızlara) ağıllı telefonlar alır ( uşaq yuxarı sinifə keçdikcə bu telefonların qiyməti və markası da daha bahalısı ilə əvəz olunur ) , amma övladının bu telefonların istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, ağıllı telefonlarda VALİDEYİN NƏZARƏTİ bölməsi var, valideyinlərə maraqlı deyil bu funksiya. Bir çox hallarda valideyinlərin özlərinin gizli həyat sürməsi , övladlarının onların telefonu vasitəsi ilə bu gizli həyatlarından xəbər tutması, övladlarına təsir imkanını sıfıra endirir.
Qayıdaq 156 nömrəli məktəbdəki hadisəyə. Bulinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər.

1. Həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb ailədə. Belə uşaqların sayı o qədər çoxdur ki ….. Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssələrinə verilməyəcək bu halların sayı da artacaq.

2. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompramat ( video, şəkil və ya səs yazısı) var. Və bu kompramat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır..

Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğunu görünür.

Baş verən hər bir hadisəyə ciddi yanaşmalıyıq ki, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını ala bilək.

Düşünürəm ilk növbədə :
1. Rayon İcra Hakimiyyətlərinin humanitar şöbələri yanında Yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə Komisiyanın fəliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafik qrumlarla razılaşdırmaqla müıəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır.

2. Valideyinlər tərəfindən şiddət və zorakılıq , o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli , şiddət və zorakılıq göstərən valideyinlər valideyinlik hüquqndan mərhum edilməlidir.

3. Ümumi təhsil müəssəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayyət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir.

4. “Məktəblinin dostu” layihəsinin Regional Təhsil İdarələrində ( Bakı şəhəri üzrə Təhsil İdarəsi) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir.

5. Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlamaq , bu məşğələlərdə valideyinlərin iştirakını təmin etməlməlidir.

156 nömrəli məktəbdə baş verən hadisədə iştirakçı olan ( tacavüz edən qızlar ) yeniyetmələr valideyinlərindən alınaraq xüsusi tərbiyə müəssəsinə yerləşdirməklə , bu kimi hadisələrin gələcəkdə təkrarlanmasını minumuma endirə bilərik.

Elşən Qafarov .
Təhsil üzrə ekspert. “Təhsil Ekspertləri Mərkəzinin”  üzvü

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?