Metodika

İnteraktiv təlimdə iş üsulları- Vəziyyət üzrə praktikum

  • Admin
  • 24-mar-2024, 12:42
  • 8 Baxış


Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin ol­ma­sı­nı nəzərdə tutur. Şagirdlərə mənəvi sahəyə aid problemlərin qo­yul­­duğu və sinifdə ciddi müzakirə tələb edən müxtəlif vəziyyətlər tək­­lif olunur. Vəziyyət üzrə praktikum tənqidi təfəkkür vərdişlərini, tə­h­­lil qabiliyyətini inkişaf etdirir, mənəvi dəyərləri, mövqeləri for­ma­­laşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə ça­lış­­malar şagirdlərə öz rəylərinə görə cavab verməyi və bunları mü­da­­fiə etməyi öyrədir. 
Tətbiq etmək qaydası 
Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əv­və­lcədən fikirləşib tapır. 
 
Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir. 
 
Hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-dən 5-dək ola bilər. 
 
Vəziyyət ayrı-ayrı kağız vərəqlərində, kartoçkalar şəklində ya­zılır. 
 
Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür. 
 
Şagirdlərə təlimat, tapşırıq və suallar verilir. 
 
Qrupların işi sona çatan kimi müzakirə başlanır. 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?