Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır. O həmçinin bu qərarların qəbul edilməsi zamanı rəhbər tutulmuş motivlərin təhlili üçün də lazım ola bilər.
"Qərarlar ağacı” mübahisəli qərar və nöqteyi-nəzərlərin şagirdlərə daha yaxşı aydınlaşdırılmasına kömək edir; şagirdlərin biliklərin cəlbedici formada ümumiləşdirilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün olan qərarların bütün variantlarını, eləcə də bunların hər biri ilə bağlı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər. Məşğələlər zamanı şagirdlər aşağıdakı cədvəli doldururlar.
"Qərarlar ağacı” problem
Qərar : Tətbiq etmə qaydası.
Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir, qruplar üçün cədvəlləri hazırlayır.
Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi şəraitlə bağlı biliklər əldə edirlər.
Müəllim şagirdləri 4-6 nəfərlik qruplara (4-5) bölür. Hər bir qrup doldurmaq üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt müəyyənləşdirir: 15 dəqiqədən 20 dəqiqəyədək.
Qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üstünlük və çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər.
Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növbə ilə öz işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir, qrupları eyni qərarlara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir.