Metodika

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

  • Admin
  • 26-mar-2024, 15:45
  • 2 Baxış

 


1. "ŞƏXSİYYƏTYÖNÜMLÜLÜK” DEDİKDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
C) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi
2. AŞAĞIDAKILARDAN BİRİ KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTLƏRİNƏ AİDDİR:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır
B) Təklifyönümlüdür
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
D) Müəllimyönümlüdür
E) Bilikyönümlüdür
3. VERİLƏNLƏRDƏN ALT - STANDARTIN FUNKSİYALARINI SEÇİN:
1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
3.Təlimdə inteqrativliyi təmin edir
4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir
5.Təlimin məzmununun davamlı inkişafını təmin edir
A) 1,3,4 
B) 1,2,5 
C) 2,4,5 
D) 1,2,3 
E) 1,3,5
4. FƏNN KURİKULUMUNA AİD DEYİL:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Ümumi təhsilin məzmunu
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Məzmun xətləri
E) Məzmun standartlarına verilən şərhlər
5. TAKSONOMİYALAR TƏLİM PROSESİNDƏ HANSI İMKANLARI YARADIR?
1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək
2. Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək
3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək
4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
A) 1,2 B) 1,3 C) 1,4 D) 3,4 E) 2,4
6. BİLİK KATEQORİYASINA AİD OLANI SEÇİN.
A) Psixomotor
B) Deklarativ
C) İdraki
D) Ünsiyyət
E) Emosional-affektiv
7. MÜƏLLİMİN VƏZİFƏLƏRİNƏ AİD DEYİL:
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq
E) Dərslik və dərs vəsaitləri hazırlamaq
8. MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD OLMAYANLARI GÖSTƏRİN:
1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
2. Yeni təlim üsulları yaradır
3. Təlim proresində şagirdə obyekt kimi yanaşır
4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 4,5 B) 1,3,5 C) 1,2 D) 1,2,4 E) 3,5
9. PEDAQOJİ TEXNOLOGİYA: 
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu
D) Bütün cavablar doğrudur
E) Düzgün cavab yoxdur
10. PERSPEKTİV PLANLAŞDIRMAYA AİDDİR:
A) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək
B) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
C) Dərsin icmalını hazırlamaq
D) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq
E) İş vərəqləri hazırlamaq
11. PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI BURAXILAN SƏHVİ GÖSTƏRİN:
A) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır
C) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır
12. VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİ DEYİL:
A) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi
D) Dialoji təlimə üstünlük verilməsi
E) Təfəkkürə əsaslanması
13. TƏQDİM EDİLMİŞ QAYDALARDAN BİRİ İŞ VƏRƏQLƏRİNƏ VERİLƏN TƏLƏBLƏRƏ UYĞUN DEYİL:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır
B) Cəlbedici məzmunu və tərtibatı olmalıdır
C) Coxlu tapşırıqlar əks olunmalıdır
D) Dərsin məqsədinə uyğun olmalıdır
E) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır
14. REFLEKSİYA MƏRHƏLƏSİ NƏYƏ XİDMƏT EDİR?
A) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
B) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
C) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə
15. NƏYƏ GÖRƏ MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ MƏQSƏDƏUYĞUN OLMALIDIR? 
1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir.
2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır.
3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır.
4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 1,2 B) 2,3 C) 1,4 D) 3,4 E) 2,4
16. BİRİ FASİLİTASİYA QAYDALARINA AİD DEYİL:
A) Fəaliyyətin stimullaşdırılması
B) Psixoloji dəstək 
C) Məlumatla təminetmə 
D) Təşkilati dəstək 
E) Motivasiyanın düzgün qurulması
17. SUMMATİV QİYMƏTLƏNDİRMƏ HANSI MƏQSƏDLƏ APARILIR?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
C) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
E) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
18. MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ:
A) Yarımillik, illik, diaqnostik
B) Diaqnostik, formativ, summativ
C) Formativ, şifahi, praktik
D) Diaqnostik, formativ, illik
E) Yarımillik, illik, summativ
19. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ HANSI MƏRHƏLƏDƏ APARILIR? 
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
B) Hər ayın əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.
20. BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇİN:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,3,5 B) 2,4,5 C) 1,2,3 D)1,3,4 E) 2,3,4
 

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?