Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədirTəlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır ki, müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Şagird nə qədər aktiv olsada, yoldaşları ilə düzgün münasibət qurmasada müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalı, onu düzgün şəkildə marifləndirməlidir.
Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird - müəllim problemlərinin yaranmasına gətirib çıxarır.
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün aşağıdakı fikirləri qeyd etmək olar:
1.Müəllim yaxşı psixoloq olmağı bacarmalıdır. Məktəblərdə psixoloji treninqlər keçirilməli, müəllimlər üçün tez-tez məşğələlər təşkil olunmalıdır.
2.Müəllimlər təkcə elmi cəhətdən deyil, etika, estetika baxımından da yüksək mədəniyyətə malik olmalıdır.
3.Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır. Çünki hər bir uşağın fərdi xarakterik xüsusiyyəti var və hər müəllimdə ona uyğun davranmalıdır.
4.Müəllim valideynlə sıx əlaqədə olmalıdır ki, sinifdə baş verənlərdən hər zaman valideyn xəbərdar olsun. Çünki həm valideyn həm də müəllim uşağa eyni şəkildə təsir etməyi bacarmalıdır ki, uşaqda ikifikirlilik yaranmasın.
5.Şagirdlərdə müəllimlərinə qarşı hörmətlə, etiqadla yanaşmalıdır. Qarşılıqlı şəkildə anlaşma yaratmağa çalşmalıdırlar. Çünki müəllimlər valideynlərimizdən sonra bizim əsas yol göstərənimizdir.
6.Müəllim-şagird arasında konflikt yarandıqda özümüzü müəllimin yerinə qoymalı, vəzifəsinin çətinliklərini dərk etməli və onun tək şagirdlərin isə çox olduğunu unutmamalıyıq.
7.Şagirdlər müəllimi təkcə pedaqoq kimi görməməlidir. Müəllimi özlərinə dost bilməli problemlərini, yoldaşları arasında olan konfiliktlərini onunla həll etməyə çalışmalıdırlar.
8.Məktəb həyatında müəllim-şagird arasında da konfikiktlər baş verir. Bu zaman şagirdlər etik qaydaları keçməmək şərti ilə öz fikirlərini müəllimlərinə deməli, əgər problem həll olunmazsa məktəbin psixoloqu ilə məsləhətləşib, məsələni yoluna qoya bilərlər.
Aytən Cumaliyeva Gəncə şəhər 25 № -li tam orta məktəbin ibtidai sinif müəllimi