Psixoloq

Keçmiş psixoloji travmalardan qurtulmağın yolları

  • Admin
  • 27-mar-2024, 22:34
  • 4 Baxış



Psixoloji travmaların səbəbləri müxtəlif ola bilər. Bu travmaların təsiri illərlə davam edə bilər.


Psixi problemlərə mütəxəssislər tərəfindən “görünməz yaralar” da deyilir. Uşaqlıqdan başlayaraq həyatımızın müəyyən dövrlərində təkrarlanan travmalar bütün həyatımızı təsir edə bilər.


Keçmiş psixoloji travmaları necə aradan qaldırmaq olar?


Yaşadığınız pis hadisələri mümkün qədər az xatırlayın. Həmin hadisələfrin keçib gedən bir proses olduöunu düşünün. Əgər yaddaşınıza nəzərat edə bilmirsinizsə, hələ də özünüzü pis, narahat hiss edirsinizsə, həkim nəzarəti altında ən təsirli travma müalicəsi üsullarından biri olan EMDR Terapiyasını sınaya bilərsiniz.

Baş verən hadisələri qəbul edin. Yaşadığınız ruhi sıxıntıları qəbul etməmək və vəziyyətlə mübarizə aparmaq sizi daha çox əsəbləşdirəcək və yoracaq. Problemin şiddətindən asılı olaraq, yaşadığınız vəziyyəti içinizdə saxlamaq, ə almağa başladığınız zaman travmanız hətta xroniki xəstəliklərə də səbəb ola bilər. Bu vəziyyətdə ediləcək ən yaxşı şey hadisəni qəbul etməkdir.

Görünən və ya yaşanan ağrılar nəticəsində etdiyimiz ilk iş həkimə müraciət etməkdir. Bəzi öhdəsindən gələ bilmədiyimiz travmatik hadisələr qarşısında mütəxəssisdən kömək almaq ən doğru üsullardan biridir. Bu, bütün prosesi sağlam şəkildə keçməyinizə kömək edəcəkdir.

Keçmişdə yaşadığınız mənfi hadisəni mövcud vəziyyətin şərtlərinə görə etdiyinizi və ya şərtlərin bunu tələb etdiyini düşünün. Keçmişdəki özünüzü və insanları bağışlayın və baş verən hadisələrdə günahkar axtarmayın. Buna görə də keçmişinizlə barışmaq, travmanızı aradan qaldırmağın ən müsbət cəhətlərindən biridir.

Bu müddət ərzində ətrafınızdan qopmamağa və hisslərinizi rahat şəkildə ifadə etməyə diqqət edin. Həyatınızı yoluna qaytarın və sevdiklərinizə vaxt ayırın.

İndiki zaman fokuslanın, sizə müsbət təsir edən işlərlə məşğul olmağa çalışın.

Sevinc Hüseynova



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?