Psixoloq

Temperament və xarakter

  • Admin
  • 27-mar-2024, 23:12
  • 2 Baxış


Temperament və xarakter.

Temperament dedikdə insanın psixi fəaliyyətinin dinamikasını müəyyən edən psixikanın fərdi özünəməxsus xassələri nəzərdə tutulur. Bu xassələr müxtlif fəaliyyət növlərində özünü göstərir, məzmundan, məqsəddən asılı olmayaraq təzahür edir və insanın yetkin yaşlarında sabit qalır. Bütün bunların qarşılıqlı birləşməsi temperamentin tipini müəyyələşdirir.

Hippokrat temperamentin insan bədənində 4 mayenin nisbətinin pozulması ilə əlaqədar olduğunu söyləmişdir. Həmin mayelər aşağıdakılardır:

* qan (sanqvis)

* limfa (fleqma)

* öd (xole)

* qara öd (melena xole)

Hippokrat insanın xarakterinin bədəndə olan bu mayelərin nisbəti ilə əlaqələndirirdi. Onun nəzəriyyəsinə əsasən insanlar temperamentinə görə 4 qrupa ayrılırlar:

Sanqvinik.

Bu tip adamlar sürətli və aydın nitqə, ifadəli mimikaya malik olurlar. Şən və həyatsevərdirlər, çox ünsiyyətcil olub, tez ətraf mühitə uyğunlaşan olurlar. Maraqları və münasibətləri qeyri-sabit olur, ağır işdən tez bezir, arzularından tez doyurlar. Onlar uğursuzluqlarından tez təsirlənir və tez də unudurlar. Enerjili və işgüzar olurlar.

Xolerik

Bu temperamentə malık adamlar ifadəli mimikaya, sürətli və qarışıq nitqə malik olurlar.Tez özlərindən çıxır, tez hirslənir və tez də soyuyurlar. Səbirsiz və kobud, qətiyyətli və inadkar olurlar. Riskə meyilli, davakar, yeniliyə can atan, kəskin sərt hərəkətlərə sahib olurlar. Əhvalları kəskin dəyişməyə meyilli olur.

Fleqmatik

Fleqmatiklər sakit nitqə malik olurlar. Sakit, təmkinli, ehtiyatlı və soyuqqanlı olurlar. Ağılla hərəkət edirlər, az ünsiyyətdə olurlar. Maraq və münsibətlərində sabit, yeni şəraitə gec uyğunlaşan xüsusiyyətə malikdirlər.

Melanxolik

Çox zəif, bəzən pıçıltı səviyyəsinə enən danışığa malik adamlardır. Yeni ünsiyyətə girməkdə çətinlik çəkirlər. Onlar öz güclərinə inanmır, tənhalığı sevir. Ağlamağa meyilli olurlar. Uğursuszluq zamanı özlərini tez itirir, öz fikirlərini heç kimlə bölüşmürlər.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?