Psixoloq / Şagird / Metodika

Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi.

  • Admin
  • 29-mar-2024, 16:23
  • 3 Baxış



XXI əsr bəşəriyyətə özü ilə texnoloyi inkişafda sıçrayış, ardıcıl sənaye inqilabları gətirməklə yanaşı, dünyanın mövcud təhsil sistemlərində də köklü dəyişikliklər etməyi tələb edir. Yəni bu sürətli inkişaf dinamikası dünya təhsili qarşısına da yeni insan nəslı yetişdirmək vəzifəsi qoyur.
Lakin ötən 20 il göstəri ki, nə olkə təhsilində başlayan yeni islahatlar, nə böyük maliyyə vəsaitləri hesabına həyata keçirilən layihələr, nə də təhsilin bütün subyektləri və infrastrukturu bu dəyişikliyə hazır deyillər.
Son zamanlar məktəblərdə müəllimlərin şagirdlərə qarşı davranışları ilə bağlı hadisələr tez-tez kütləvi informasiya vasitələrində yer alır.
Bir çox hallarda isə imtahan yolu ilə işə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər
Bu hadisələr təbii ki, Təhsil Nazirliyinin də nəzərindən yayınmır.
Belə ki, hələ bir neçə ay öncə Təhsil Nazirinin müavini Firudin Qurbanov bildirib ki, cəmiyyəti narahat edən müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və nazirlik buna həssaslıqla yanaşır. Bəs psixoloji problemi olan müəllimlər təhsil müəssisələrində necə çalışa bilir?
Bu günlərdə yeni Təhsil Naziri Emin Əmrullayev də öz çıxışında bu məsələyə toxunmuşdur:
"Sinifdə şagird oxumayanda müəllim, valideyn onun üstünə qışqırır və elə düşünür ki, bərk qışqıranda o daha yaxşı öyrənəcək. Təhsil texniki proses deyil, psixolojidir, hafizənin, bacarığın inkişafıdır"
Əksər təhsil ekspertləri də etiraf edirlər ki, hazırda 4472 orta məktəbdə çalışan 151 min müəllimin əksəriyyətində şagirdlərə yanaşmada fərq hiss olunur. Bu, əsasən dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə münasibətdə özünü göstərir: Onların dediklərklərinə görə "müəllimlər hazırlığa qalmayan uşağa qarşı normal davranış sərgiləmirlər. Bu halda şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağı hiss edir. Bu, birbaşa onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır".
Bir çox hallarda isə işə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər. Onlar işə qəbul prosesində ancaq ixtisasları üzrə hazırlışdıqlarından şagird psixologiyasından az məlumatlı olurlar. Bu həm də müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsində olanların peşəkarlığının aşağı olması ilə də bağlıdır.
Belə ki, onlar arasında məktəbşunaslığı bilənlərin yetərincə olmaması, müsahibədə psixoloqun təmsil olunmaması, işə qəbul prosesində iddiaçının psixoloji durumunu yoxlayan sualların olmaması işə qəbul olunan müdavimlərin bu bacarığının formalaşmasına maneə olur. Vacib bir məqamı da qeyd edim ki, bütün uşaqları bərabər səviyyədə görüb, onlardan eyni şeyi tələb etmək müəllimlərin əsas yanlışıdır. Məhz belə olan halda təhsil verən ilə təhsil alan arasında aqressiv münasibət formalaşır.
Müasir dövrdə #müəllim-#şagird münasibətlərini düzgün qurmağın, onlar arasında problemləri aradan qaldırmağın yeganə yolu ilk növbədə pedoqoji universitetlərin kadr hazırlığı proqramına əsaslı şəkildə yenidən baxmaqdan keçir.
Düşünürəm, bütün pedaqoji məktəblərdə nəzəri hazırlıqla paralel tələbələrə praktik bacarıqlar aşılanmalıdır, psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır.
Sonda bu problemlə bağlı bir neçə konkret tövsiyyələri nəzərinizə çatdırıram:
1. Müəllim yaxşı psixoloq olmalıdır.
2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.
3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.
4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.
 
Famil Səfərov



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?