Pis yaddaşdan əziyyət çəkirsinizsə və ya beyninizin qocalıdığını hiss edirsinizsə, sizə yaxşı xəbərimiz var.
Olubmu ki, var gücünüzlə kiminsə adını və ya bir hadisəni, yaxud bir yeri yada salmaq istəyəsiniz və alınmasın?
İdrakın mülahizə və cavablama kimi funksiyaları ilə yanaşı, yaddaşın da yaş artdıqca zəiflədiyi barədə fikirləri tez-tez eşidirik.
Amma bunun əlacı da var - beynimizi gücləndirməyin yolları mövcuddur.
Beyinin böyüməsi qidalanmadan asılıdır?
Əqli gücünüzü artırmaq istəyirinizsə, BBC-nin Daha Yaxşı Beyinə Necə Sahib Olmalı (How to Have a Better Brain) adlı seriyasının təqdim etdiyi bu məsləhət və ipuclarını yoxlamağa dəyər.
1. Fiziki hərəkət beyini böyüdür.
Həqiqətən də belədir - hərəkət etdikdə beynimiz böyüyür.
Hərəkət sinapsları artırır, beyində daha çox əlaqənin yaranmasına səbəb olur və əlavə hüceyrələr əmələ gəlməsinə yardımçı olur.
Sağlam ürək-damar sisteminə sahib olmaq həm də beyini daha çox oksigen və qlükoza ilə təmin etmək və zərərli toksinləri çıxarmaq deməkdir.
Açıq havada idman etmək isə daha da faydalıdır - bu zaman daha çox vitamin D qəbul etmiş olursunuz.
İpucu: Fiziki hərəkəti yeni mühit kəşf etmək, işlərinizi görməyin və ya ideyalarınızı paylaşmağın yeni yolları ilə birləşdirdikdə, yeni sinir hüceyrələri düzgün halqa formalaşdıracaq.
Məsələn, əgər bağçılığı sevirsinizsə və elə bir yeriniz yoxdursa, kirayə torpaq götürə bilərsiniz. Bu zaman yer belləyə-belləyə yeni dostluqlar qura bilərsiniz.
Əsas odur ki, gördüyünüz istənilən işdən həzz alasınız.
2. Hərəkətdə ikən öyrənin
Bu üsul araşdırmalar nəticəsində gəlinən qənaətlə yanaşı, aktyorların da istifadə etdiyi bir vasitədir. Hansısa məlumatı yadda saxlamağa çalışarkən hərəkət etsəniz, istəyiniz uğurlu alınacaq.
İpucu: Təqdimatınız və ya nitqiniz varsa, yaxud gün ərzində görməli olduğunuz işləri yadda saxlamaq istəyirsinizsə, otaqda var-gəl etməyi, hətta rəqs etməyi sınamağa dəyər.
3. Beyninizi bəsləmək üçün düzgün qidalar qəbul edin
Qəbul etdiyimiz şəkər və enerjinin təxminən 20 faizi beynimizə gedərək, beyin fəaliyyətini qlükoza səviyyəsindən asılı edir.
Əgər şəkər səviyyəsinə nəzarət olunmazsa, çaşqınlıq hiss edərsiniz. Sevdiyiniz qidaları yeyən zaman beyinin mükafat hissəsində dopamin adlı kimyəvi maddə ifraz olunur ki, yedikcə həzz hissi bəxş edir.
Lakin beyin ilə yanaşı, bağırsağınızı da düzgün qidalarla təmin etməlisiniz.
İnsanın həzm sistemində yüz trilyondan çox mikrob yaşayır. Onlar bağırsaq vasitəsilə beyinlə birbaşa əlaqədə olurlar və buna görə də beyinin sağlamlığı üçün həmin mikrobların böyük əhəmiyyəti var.
Bağırsaq tez-tez "ikinci beyin" adlandırılır. Müxtəlif tərkibli və sağlam pəhriz mikrobları sinxron formada, beyini isə sağlam saxlayar.
İpucu: Beyin hüceyrələri piydən təşkil olduğu üçün pəhrizinizdən piyi çıxarmamaq vacibdir. Ləpə və toxumlar, avokado və balıq, rozmarin və sarıkökün tərkibindəki əsas yağ turşuları beyin üçün çox xeyirlidir.
Və çalışın yeməyi tək yeməyəsiniz - şən kompaniya içində qidalanmaq beyniniz üçün əhəmiyyətli olan sağlam pəhrizi, pozitiv faydalı edir.
4. Hər şeydən uzaqlaşın
İnsana fövqəladə vəziyyətdə reaksiya müddətini sürətli etmək üçün az da olsa stress təcrübəsi gərəkdir. Bu zaman, bizi enerjili edən və köklənmək qabiliyyətini artıran kortisol hormonu ifraz olunur.
Lakin uzunmüddətli narahatlıq və stress beyin üçün zəhərlidir.
Bu səbəbdən də aradabir hər şeydən uzaqlaşıb, beynin həmin hissəsi istirahətlə təmin etmək son dərəcə vacibdir. Və bu zaman əslində siz beyinin başqa bir hissəsini məşq etdirmiş olursunuz.
Beynimizdə ilkin vəziyyət şəbəkəsi adlı xüsusi şəbəkə var ki, bizi xəyala dalma ilə təmin edir və yaddaşı möhkəmləndirmək üçün çox vacib əhəmiyyət daşıyır.
Xarici dünyamızdan uzaqlaşaraq biz beyninin həmin hissəsinin aktivləşməsi və işini görməsi üçün şərait yaradırıq.
Növbəti dəfə iş vaxtı xəyala dalsanız, bunu mühüm serebral məşğələ kimi qəbul edin.
İpucu: Tez-tez xəyala dalırsınızsa, meditasiya və ya zehni istirahət kimi rahatlanma üsullarından istifadəni yoxlayın.
5. Özünüzü sınamaq üçün yeni yollar axtarın
Beyninizi gücləndirməyin açarı, onu yeni nə isə etməyə və ya öyrənməyə məcbur etməkdir.
Rəsm məşğələsi, yaxud yeni dil öyrənmək kimi fəaliyyətlər beyninizin elastikliyini artıracaq.
İpucu: Dostlarınız və ya ailənizə qarşı onlayn oyunlar oynayın.
Digərlərinə qarşı yarışmaq sizi çətinliyə salmaqla yanaşı, sosial münasibətləri də artıracaq.
6. Musiqisiz qalmayın
Sübutlar da göstərir ki, musiqi beyinə unikal bir formada təkan verir.
Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxsanız, bütün orqanın aktiv olduğunu görərsiniz.
Musiqi ümumi zəkanı artıra bilər və demensiya kimi xəstəliklər zamanı ən son itən adətən musiqi yaddaşı olur.
İpucu: Xora qoşulun, yaxud sevdiyiniz ifaçının konsertinə tamaşa edin.
7. İmtahana yatağınızda hazırlaşın
Gün ərzində yeni bir şey öyrəndiyiniz zaman beyninizdə bir sinir hüceyrəsi ilə digəri arasında əlaqə yaranır.
Yatarkən həmin əlaqə daha da güclənir və öyrəndiyiniz şey yaddaşa çevrilir.
Buna görə də yuxu yaddaşın yaranması üçün mühüm vasitədir.
Əgər kiməsə yatmamışdan qabaq yadda saxlaması üçün bir siyahı versəniz, həmin şəxs növbəti səhər siyahını daha yaxşı yadda saxlamış olacaq.
Səhər siyahı verib, axşam sual etsəniz isə vəziyyət fərqli olacaq.
İpucu: İmtahana hazırlaşan dövrdə cavabları yuxuya dalarkən təkrarlamağa çalışın.
Əgər travmatik bir hadisə və ya pis xatirəniz varsa, çalışın ki, yatan zaman yadınıza salmayasınız. Əks halda həmin yaddaş daha da güclənəcək və neqativ emosiyalar artacaq.
Məhz bu səbəbdən də yatmamışdan qabaq qorxu filmləri və ya qorxulu hekayələrdən yayının!
Əksinə, gün ərzində öyrəndiyiniz və ya başınıza gələn pozitiv şeyləri yada salın və onları gücləndirin.
8. Səhər yaxşı oyanın
Hamımız yuxunun əhəmiyyətini bilirik: beş saatdan az yuxu insanı keyləşdirdiyi kimi, 10 saatdan artıq yuxu da jet-lag təsiri yaradır.
Amma gün ərzində enerji dolu qalmaq üçün mühüm faktor yuxudan necə durmağımızdır.
Qaranlıq otaqda yatıb, tədricən artan işıqda ayılmaq ən ideal vasitədir.
Belə ki, işıq bağlı göz qapaqlarına sirayət etdikcə beyini hazırlayır və bizdə oyanma kortizol reaksiyasını artırır.
Oyanan zaman bədəndəki kortizol hormonun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir.
İpucu: Günəşin doğmasını tədricən əks etdirmə funksiyasına malik saat alın. Lakin bərk yatanlar üçün bu saatın ənənəvi zəng səsi olması lazım gələ bilər.
Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu
Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.
Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.
1. Rober Uden metodu
Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri
Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi. Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.
2. London cibgirləri metodu
Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud
19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. "Müəllim” bu əşyaları "tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.
3. Canni Rodari metodu
Məşqlər üçün yer: təxəyyül
Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər, mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq.
4. Ayvazovski metodu
Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə
Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın. Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.
5. İtalyan oğlanları metodu
Məşq üçün məkan: növbələr
Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən "Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. «Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir.
6. Siseron metodu
Məşq üçün məkan: şəxsi otağın
Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu.
7. Yoqa metodu
Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur
Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz.