Valideyin

Uşaqlar üçün təhlükəli 10 ev əşyası

  • Admin
  • 01-mar-2024, 15:48
  • 3 Baxış

 

Körpənizin ətrafının kifayət qədər təhlükəsiz olduğuna əminsinizmi? Cavabınız 'hə' dirsə, yenidən düşünün. Böyüklər üçün risksiz olan bəzi əşyalar körpələr üçün ciddi problemlər yarada bilər.

Uşaqların təhlükəsizliyi üçün evinizi qaydaya salmağın çox yolu var. Bəzi təhlükələrdən xəbərdar olmalısınız.

Körpələr üçün təhlükəli olan ev əşyalarını təqdim edirik:


Elektrik ötürücüləri

Elektrik naqilləri körpələrin iməkləməyə başladığı andan etibarən çox təhlükəlidir. Hər şeylə maraqlanan körpələr naqillə ötürülən elektrik axınının fərqində deyillər. Onlar əllərini və ya xırda metal əşyaları cərəyana yapışdırmağa çalışırlar. Bu hərəkət cərəyan vurmasına, yanıqlara və ölümə səbəb ola bilər.

Bunun qarşısını almaq üçün elektrik ötürücülərini plastiklə örtə bilərsiniz. Həmçinin, onları əlçatmaz yerdə saxlamalısınız.


Tarazlanmamış şkaflar

Şkaflar körpələrin hər zaman diqqət mərkəzində olmmuşdur. Şkafa dırmaşmağı sevən körpələri qorumaq üçün şkafı divara və yerə tarazlamalısınız.


Televizorlar

Televizor da körpələr üçün riskmənbələrindən biridir. Yaxından çox baxsalar, gözlərinə zərər verə bilər. Elektrik baxımından da təhlükəlidir. Bir çoxları nazik monitorlu televizorların təhlükəsiz olduğunu düşünür, əslində, belə deyil. Ensiz televizorlar daha tez aşa bilərlər. Televizor divara səhv yerləşdirilibsə, onu düzəltməlisiniz.


Hamam otağı

Uşağı suya yaxın olan yerə tək buraxmayın. Xüsusilə hamam otağına. 5 yaşdan kiçik uşaqlar üçün daha diqqətli olmalısınız. Uşağın suya və vannaya nə qədər həvəsli olması önəmli deyil,onu gözdən qoymayın.

Bəzi valideynlər, uşaq baxıcıları körpənin yuyunduğu zaman laqeydlik edirlər. Dincəlir, telefonla baş qatırlar. Nəticədə, uşaqlar təhlükəyə daha yaxın olurlar.


Paltaryuyan maşın

Uşaqlar paltaryuyan maşınlara oyun qurğusu kimi yanaşırlar. Paltarları döndərən, gülməli səslər çıxaran maşın zənn edirlər. Bəziləri əylənmək üçün paltaryuyan maşının içinə girirlər və bu hadisələrin çoxu ciddi yaralanmalarla, hətta ölümlə nəticələnir. Uşaqlara bu əşyaların oyuncaq olmadığını öyrətməlisiniz.


Təmizləyici məhsullar

Körpələr hər şeyi ağızlarına soxmağı sevirlər. Onlar üçün maraqlı görünən qida və qeyri-qidaları dadmağa çalışırlar. Buna görə, təmizlik məhsulları uşaqlar üçün təhlükəlidir. Kimyəvi maddələrlə zəngindir. Zəhərlənmə və yanıq xəsarətinə səbəb ola bilərlər. Bəziləri meyvə şirəsini xatırladır və uşaqların diqqətini çəkən qablardadır. Təmizləyici məhsulları uşaqlardan kənar, qapalı yerdə saxlayın.


Metal pul

Körpələr parlaq əşyaları sevirlər və metal pullar xüsusən onlara maraqlıdır.

Boğulma təhlükəsindən başqa, metal pullar sinir sisteminə zərər verən maddələrlə zəngindir. Metal pullar mikrobla zəngindir. Uşaqların metal pullarla oynamalarına icazə verməyin.


Dərmanlar

Evdə müxtəlif dərman preparatları ola bilər. Onlara maraq göstərən uşaaqlar aşırı dərəcədə dozaya məruz qala bilərlər. Uşağın zəif sinir sistemi belə dərmanlardan ciddi zərər görə bilər.

Dərmanları uşaqların görmədiyi yerdə saxlayın.


Pilləkənlər

Hər il minlərlə insan pilləkənlərdən yıxılıb ölür. Ölümlərin əksəriyyəti yıxıldıqdan sonra başın yaralanmasından qaynaqlanır. Pilləkənlər uşaqlar üçün xüsusilə təhlükəlidir. Onların yerimə bacarığı tam formalaşmayıb, bəziləri hələ iməkləmə mərhələsindədir.

Pilləkən girişlərini bağlamaq və qıfıldan istifadə etmək lazımdır. Körpələr qıfılı aça bilmədiyi üçün yıxılmamaları demək olar ki, dəqiqdir.


Pərdələr

Pərdələr zərərsiz ev əşyası kimi görünə bilərlər. Lakin körpənin pərdənin ipləri ilə boğulma təhlükəsi heç də az deyil. Hər il minlərlə uşaq ip səbəbindən boğulma təhlükəsiylə üzləşdiyi üçün təcili yardım maşınları ilə aparılır və onların bəziləri həyatını itirir.

Pərdələrin iplərini kəsə bilərsiniz. Pərdələr zərər görsə də, uşaqlarınız təhlükəsiz olacaq.

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?