Bu gün ölkəmizin orta məktəblərində dərs deyən müəllimlərin 80 faizdən çoxu qadınlardır. Ayrıca Bakı üzrə götürdükdə isə müəllimlərin təxminən 90 faizini zərif cinsin nümayəndələri təşkil edir. Uşaqlar evdə də daha çox anaların, ana işlədikdə isə qadın dayələrin, bağçada isə yenə qadın tərbiyəçilərin ixtiyarına verilir, onunla ünsiyyətdə olur, onlardan tərbiyə alırlar.
Müəllimlərində çoxunun qadın olması, daha doğrusu kişi müəllimlərin azlığının nə kimi sosial problemlərə yol açdığına gəldikdə, təbii ki, burda ilk öncə oğlan şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasındakı qüsurların üzərində dayanmaq lazım gəlir.
Bütün dərslərin qadın müəllimlər tərəfindən deyilməsi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır: "Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimələrin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Belə uşaqlarda mənlik duyğusu aşağı səviyyədə olur. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil”.
Kişi və qadın müəllimləri müqayisə etsək, kişi müəllimləri qışqırır, yaxud oğlan uşaqlarını otağa çağırıb başa salır və beləcə onlarda kişinin necə olduğu barədə təsəvvür yaranır: "Amma qadınlar isterik səslə qışqırırlar, bu da uşaqlarda əks-reaksiya doğurur. Hətta oğlan uşaqları bayıra çıxanda müəlliməni yamsılamağabaşlayır”.
"Dədə Qorqud” dastanından misal gətirək ki: "Bamsı Beyrək oğlu Turalın əlində qılınc tutmaq əvəzinə gül tutmasından narahatçılığını bildirir. Biz də bu gün oğlan uşaqlarında qadın xarakterinin müşahidə olunmasından narahat olmalıyıq”.
Belə ki, təhsil müəssisələrində kişilərin azlığının əsas səbəbi məktəblərdə əmək haqqının aşağı olmasıdır. 180-200 manatla ailə saxlamaq mümkün olmadığından kişilər məktəbə üz tutmurlar. Bəlkə də qeyd olunan səbəb üzündən uzun müddət kişi müəllimləri görməyən oğlanlar artıq müəllim kimi işləmək istəmirlər
Çox qəribədir ki, işsiz qalanlar da bu addımı atmaq istəmir. Nəticədə yüksək savadlılığın tələb olunduğu peşələrdən birincisi olan müəllimlik işləmək xatirinə işləyənlərin əlində cəmlənir.
Hazırda cəmiyyətdə bütün yükü öz ciyinləri üzərində daşıyan "dəmir” qadınların sayı çoxalıb. Bu da disbalans yaratmaqdadır. Ailədə, işdə məsuliyyəti üzərinə götürən qadınlar bəzəndə oğlanlara yalnış örnək olur. Belə ki, evdə analarının, məktəbdə müəllimlərinin durmadan çalışdığını gördükləri zaman onların düşüncəsində qəribə duyğu formalaşır. Onlar qadının pul qazanma bacarığını gördükdə arxayınlaşır və tənbəlləşirlər. Çünki həqiqətləri olduğu kimi dərk etmək üçün hələ yetəri qədər böyüməyiblər. Bunun üçündə tərbiyənin əsası evdən qurulmalıdır. Ana hər zaman ataya hörmətlə yanaşmalı və uşaqların gözündə atanın yaxud qohumlarından birinin timsalında kişi orazını yaratmalıdır.
İstər kişi istərsədə qadın müəllimi fərq etməz hər bir insanın stimula ehtiyacı var. Müəllimlər titullarına,dərs keçmə səviyyəsinə qabiliyyətlərinə görə fərqləndirilməlidir. Hər kəs eyni məvacibi almamalıdır. Əgər bu sistem reallaşsa kişi müəllimləri də məktəbə daha maraqlı olar.
Çətin tərbiyə olunan uşaqarın 90 %-i atasız yaxud ailə problemləri yaşayan uşaqlardır. Göründüyü kimi uşağın tərbiyəsində kişi faktoru mühüm rol oynayır. Bu cür uşaqlarla məktəbdə tək başına işləmək çox çətindir. Çünki, qadın müəllimləri bəzən həya edərək, yaxud bu cür uşaqların onların üzünə qayıdacağından ehtiyatlanaraq onlarla ünsiyyətdən yayınırlar. Bu da vəziyyəti daha da ağırlaşdırır. Qadın zif məxluqdur. Onun hərdən o cür münasibətləri təbiidir.Bu zaman köməyə kişi müəllim gəlməlidir.Onlar kişi zəhmi görməlidirlər,kimdənsə çəkinməlidiirlər. Təəssüfki,məktəbdəki kişi müəllimlərinin yoxa bərabərliyini bu cür uşaqların sayını günü – gündən artmasına zəmin yaradır.Nəzərə alsaqki, tərbiyəedici qüvvə qadındır. Anadır bəs onda kişiləri bu qədər mühüm edən nədir ? Qadın bəzən qarşısındakına rəhmi gələrək nəyəsə güzəştə gedə bilər. Amma kişi isə bu cür hallarda daha sərt mövqedən çıxış dir. Hisslərinə təslim olmur. Bax bu da uşağın tərbiyəsinin üzərində əvəzolunmaz təsirdir.
Elə fənn yoxdur ki, qadınlar onu tədris edə bilməsin, lakin indi ailələrdə "tək valideyn" modeli getdikcə artmaqdadır. Ona görə də uşaqlar heç olmasa məktəbdə kişi cinsindən olan şəxslə ünsiyyətdə olmalı, onun xarakterini mənimsəməlidir".
Məktəbin problemi cəmiyyətin problemidir. Təhsil ocaqlarında kişi müəllimlərinin azlığı nəinki oğlanların hətta qızlarında tərbiyəsində özünü hiss etdirir. Şagirdlər günü çox hissəsini məktəbdə keçirirlər. Evə gəldikdə isə atalarını əksər hallarda axşam görmək imkanı yaranır. Hər bir uşaq etiket qaydalarının əksəriyyətini məktəbdə öyrənir. Beləliklə, qız şagirdləri əks cinslə, oğlanlar isə qadınla necə münasibət qurmağı bilmir.
Hər bir müəllimdən kurikulumun şərtlərinə uyğun dərs keçilməsi tələb olunur. Bəs görək hər bir müəllimin bu təlbləri ödəməsinə imkan çatırmı ? Bu tipli dərsləri qurmaq üçün ilk növbədə müəllimin evində kompyuter olmalıdır. Bu zaman aldığımız məvacibi ailəmizə həsr edək yoxsa avadanlığa? Bir sözlə maaşın azlığı müəllim həyatının hər bir sahəsini iflic edir.
Beləliklə, kişi müəllimi məktəbdə mühüm faktordur. Müəllimlər arasındakı say nisbətini eyniləşdirmək bir o qədər vacib deyil. Əsas məsələ kişi müəllimlərinin sayını artırmaqdır. Bunun üçün isə şərtlər var:
1)Əmək haqqı yüksəldilməli;
2)Vaxtaşırı attestasiyalar keçirilməli;
3)Müəllimlər arsında istedadlarına görə fərq qoyulmalıdır.
Yəni kəmiyyət deyil, keyfiyyət qiymətləndirilməlidir.Məncə isə, məktəblərimizdəki bu vəziyyət müəyyən problemlərə yol aça bilər. Amma məsələni bu qədər də şişirtməyək. Elə peşələr var ki, məsələn polis orada qadınların sayı çox azdır. Onda belə nəticəyə gələk ki, hər yerdə qadın - kişi nisbətini tənzimləməliyik. Müəllimlik də o cümlədən daha çox qadın sənətidir. Bayaq da qeyd etdiyim kimi qadın tərbiyəçi qüvvədir. O,tərbiyəni düzgün qursa, uşağa kişi obrazını,mərdliyi, cəsarəti düzgün aşılasa bu qədər problem yaranmaz. Məncə hər şeyi maddiyata bağlamayaq. Vicdan borcumuzu yerinə yetirək. İnsan öz sənətinə qəlblə bağlı olsa,onu heç nə bu yoldan ayıra bilməz.
Fəridə