Valideyin

Uşaqlar arasında yayılan xəstəliklər nədən qaynaqlanır? - Pediatrdan çağırış

  • Admin
  • 01-mar-2024, 17:17
  • 0 Baxış

 

Səhiyyə Nazirliyi tərəfindən son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishalın müşahidə edildiyi bildirilib. Uşaqlar arasında bu halların epidemiya vəziyyəti aldığı da qeyd edilib.

Xüsusilə uşaqlar arasında bu kimi, narahatlıqların, xəstəliklərin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan pediatr Sevda Əliyeva uşaqların müxtəlif növ viruslara yoluxduğunu, lakin əlamətlərin oxşarlıq təşkil etdiyini bildirib:

"Xüsusilə son bir ay ərzində mənə müraciət edən valideynlərin əksəriyyəti uşaqlarda qızdırma, ürəkbulanma kimi halların olmasından şikayətçidir. Qeyd edim ki, uşaqlarda xəstəliklər fərqli olsa da, demək olar ki, əlamətlər hamısında eynidir. Bəzi valideynlər övladlarının koronavirusa yoluxduğundan narahatlıq keçirir. Lakin uşaqlarda koronavirusdan ağırlaşmaların olmasına çox az halda rast gəlirik”.

Pediatr xəstəliklərin artmasına səbəb kimi bəzi peyvəndlərin gecikdirildiyini bildirib:

"Virusların aktiv olduğu dövrdə təəssüf ki, valideynlər övladlarını peyvənd etdirməkən boyun qaçırır. Buna görə də uşaqlar arasında müxtəlif xəstəliklərin yayılması halları artır. Uşaqlarda qızılca və digər təkrar artma təhlükəsi olan xəstəliklərə yenidən rast gələ bilirik. Bu səbəblə də valideynlərə çağırış edirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Uşaqlara xüsusilə də qrip virusuna qarşı peyvənd vurulmalıdır. Bu peyvəndi uşağa 6-cı aydan sonra vurdurmaq mütləq şəkildə tövsiyə olunur”.

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?