Sağlamlıq

Qaşındıqca, qaşınır: SƏBƏBİ?

  • Admin
  • 02-apr-2024, 00:21
  • 1 Baxış




Araşdırmalara əsasən məlum olub ki, bir insan gün ərzində təxminən 97 dəfə qaşınır. 1997-ci ildə qaşıntının öz xüsusi sinir liflərinə malik olduğu aşkarlanıb. Hər bir sinir lifinin fərqli sürəti var, məsələn, toxunma siqnalının sürəti saatda 322 kilometrdir. "Ani ağrı" isə (təsadüfən isti qazana toxunduğunuz zaman yaranan ağrı) saatda 129 kilometr sürətlə hərəkət edir.


Bundan başqa, alimlər bir neçə siçana özünü qaşıyan siçan videoları göstəriblər. Videonu izləyən siçanlar da bədənlərini qaşımağa başlayıblar.


Məlum olub ki, qaşınmaq da əsnəmək kimi keçici xarakterlidir. Qaşıntı, beyində serotonin hormonu ifraz etdiyinə görə həzz yaradır


Alimlərə görə, rifah və xoşbəxtlik kimi hissləri yaradan nevro-ötürücü serotonin hormonudur.


Bədəndə serotonin nə qədər çox olarsa, özünüzü bir o qədər xoşbəxt hiss edərsən. Elə buna görə də bəzən qaşımağı dayandırmaq istəmirik.


2012-ci ildə British Journal of Dermatology jurnalında dərc olunan araşdırmasının nəticələrində qeyd edilib ki, qaşıntı daha çox dabanda hiss olunur. Amma daban həm də daha çox ləzzət alınan və daha uzun qaşımaq istənilən yerdir. Qaşıdıqca dəri əlavə histamin ifraz edərək beyində daha çox qaşıntı siqnalları göndərir.  Lap çox qaşıdıqda isə dərini zədələmək mümkündür. Nəticədə pis yaraya səbəb ola infeksiyalara yoluxmaq təhlükəsi var.


Histaminin təsirlərini azaltmaq və qaşınma hissi ilə mübarizə aparmaq üçün belə xəstələrə adətən antihistamin dərmanlar tövsiyə edilir.


 medicalmedia.az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?