Sağlamlıq

Bu qidalar beyin neyronlarını öldürür: Uşaqlara qətiyyən olmaz

  • Admin
  • 02-apr-2024, 00:24
  • 0 Baxış



İstifadə etdiyimiz qidaların təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da təsir etdiyi öyrənilib. Qısa müddətli xoşbəxtlik təmin edən bəzi qidalar depressiya ilə yanaşı xərçəng, ürək xəstəlikləri, xolesterin, piylənmə kimi xəstəliklərə də səbəb ola bilər. Çində aparılan araşdırmalara görə depressiyaya səbəb olan qidaları təqdim edirik.


Depressiya hətta əsas vəzifələri yerinə yetirməyi çətinləşdirə bilən psixoloji xəxstəlikdir. Depressiyaya səbəb olan bir çox amillər var. Problemlər, zərərli vərdişlər, mövsüm dəyişiklikləri, hormonal dəyişikliklər, xəstəliklər, bəzi dərmanlar kimi faktorlar depressiyaya səbəb ola bilər. Lakin bunlardan əlavə qızardılmış kartofun da depressiya yaratdığı məlum olub.



Çində aparılan araşdırmada 11 il ərzində 140 min 728 adam izlənilib. Qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb. Müşahidə olunub ki, kartof qızartması tez-tez istehlak edənlər, digərlərinə nisbətən 12 faiz  daha çox narahatlıq və 7 faiz daha çox depressiya keçiriblər.


Xüsusilə nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsi meydana çıxır. Bu maddə də orqanizm üçün çox zərərlidir. Xüsusilə beyindəki neyronlara təsir göstərir.


Bununla əlaqədar türkiyəli daxili xəstəliklər mütəxəssisi Dr. Ayça Kaya açıqlama verib. O bildirib ki, qidalanmada bu faktı hamilələr xüsusi diqqətdə saxlamalıdırlar. Uşaqları da bu qidalardan uzaq tutmaq lazımdır. Qızardılmış yeməkləri çox sevənlər bişirilmə qaydasına da diqqət etməlidir. Kartofu doğradıqdan sonra bir saat suda isladıb üzərinə limon sıxmaq nişastasını azaldır. Bundan sonra kartofu yağda yüngülcə qızartmaq olar. Dəfələrlə qızdırılmış yağda bişən qızartma yeməklər xüsusilə zərərlidir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?