Sağlamlıq

Göz təzyiqi nədir və niyə yaranır?

  • Admin
  • 02-apr-2024, 15:55
  • 0 Baxış




Xalq arasında "göz təzyiqi" və ya "qara su xəstəliyi" adlandırılan qlaukoma gözün içində təzyiqin artması və optik sinirin sıxılması nəticəsində görmə pozğunluqlarına səbəb olan bir xəstəlikdir.


Oftalmologiya mütəxəssisi Op. Dr. Şeyda Atabay xəstəlik haqqında əhəmiyyətli məlumatlar verib.


“Optik sinirin sıxılması səbəbindən ilkin mərhələlərdə görmə aydınlığı çox təsirlənməsə belə, görmə sahəsində ciddi itkilər və daralmalar baş verir. Nəticədə yaranan itkilər geri dönməzdir. Bu məkrli bir xəstəlikdir, çünki görmə aydınlığına təsir etmədən son mərhələlərə qədər irəliləyə bilər. Gözdə heç bir ağrı və ya simptom yaratmır. Ətraflı göz müayinəsindən sonra başa düşülür. İntensiv ambulator xidmətlərin göstərildiyi xəstəxanalarda hər bir xəstə üçün ayrı-ayrılıqda göz təzyiqi və arxa göz dibi müayinəsinin aparılması çox çətindir. Bu səbəbdən xəstələrimizə heç bir problemi olmasa belə, göz təzyiqi skrini üçün göz müayinəsindən keçmələrini xüsusilə tövsiyə edirik. Ailədə qlaukoma tarixi olan şəxslərdə risk artır. Bu xəstələr daha tez-tez müayinədən keçməlidirlər”,-deyə həkim bildirib.


Onun sözlərinə görə, qlaukoma üçün xüsusi yaş məhdudiyyəti yoxdur. Erkən uşaqlıqda rast gəlindiyi kimi anadangəlmə də ola bilər. Ancaq 40 yaşdan sonra daha çox rast gəlinir. Bu səbəblə 40 yaşdan yuxarı hər bir insanın ailəsində göz təzyiqi olmasa belə, ən pis halda ildə bir dəfə göz təzyiqi üçün skrininq müayinəsindən keçmək faydalıdır.


Oftalmoloq qeyd edib ki, gec diaqnoz qoyularsa, korluğa səbəb ola bilər. Bu, dünyada korluğun ikinci əsas səbəbidir. Qarşısı alına bilən korluq səbəbi olan qlaukoma xəstəliyinin erkən diaqnozu və müalicəsi ilə görmə qabiliyyətini uzun müddət qorumaq mümkündür.medicalmedia.az 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?