Sağlamlıq

Tərkibində yumurtadan daha çox protein olan giləmeyvə

  • Admin
  • 02-apr-2024, 16:32
  • 1 Baxış




Tut meyvələri arasında ən çox protein tərkibli qidadır. Tut infeksiyanı azaldır və orqanizmi toksinlərdən təmizləyir. Bəs tutun faydaları nələrdir?


Tut tərkibindəki antioksidant sayəsində xərçəngin qarşısını alır. Elə tut növləri var ki, qrip və soyuqdəyməyə də yaxşı təsir edir.

Bağırsaqlara faydalı olan və liflə zəngin olan tut həzm sisteminə faydalıdır.

Yüksək antioksidant nisbətinə görə xərçəngin qarşısının alınmasında təsirlidir.

Qanın laxtalanmasının qarşısını alır və təzyiqi tənzimləyir.

Anemiyanın qarşısını almaqda faydalı ola bilər.

Qan şəkərinə nəzarət edir.

Böyrəklərdə və qaraciyərdə olan zərərli maddələri təmizləyir.

Qrip və soyuqdəymə kimi xəstəliklərdən qoruyur.

Xolesterolun yüksəlməsinin qarşısını alır.

Antioksidant təsiri ilə dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir.

Tərkibində A, C, K vitaminləri var. Tərkibində B qrupu vitaminləri və kalsium, kalium, dəmir, maqnezium, fosfor və natrium kimi minerallar var.

Qan durulaşdırıcıdır.

Dişləri və sümükləri gücləndirir.

Qaraciyər və böyrəklərdə tullantıların yığılmasının qarşısını alır. Başqa sözlə detoks effekti göstərir.

Göz sağlamlığı üçün faydalıdır.

Digər meyvələrdən daha çox protein ehtiva edir.

Anemiyanın sağalmasına kömək edir.

Tərkibində çoxlu lif olduğu üçün bağırsaqların daha yaxşı işləməsini təmin edir.

Qan şəkərinin və xolesterinin yüksəlməsinin qarşısını alır.

Ancaq qurudulmuş tut şəkərin yüksəlməsinə səbəb ola bilər. Buna görə də, 1 porsiyanı keçmədən istehlak edilməlidir.

Tut tərkibindəki resveratrol ilə saç, dırnaq və dəri sağlamlığını dəstəkləyir.

Dərini təravətləndirir, nəm verir, qocalma əleyhinə təsiri ilə gənc görünməyə kömək edir. Buna görə də kosmetik məhsullarda istifadə olunur.

Pəhriz saxlayanlar üçün ideal meyvədir.

Sevinc Hüseynova 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?