Hər gün bunu etmək beyninizi kiçildir – DƏRHAL TƏRGİDİN
- Admin
- 02-apr-2024, 16:44
- 0 Baxış
Hər gün siqaret çəkmək insanın beynini kiçildir.
ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırmada siqaretin beynin kiçilməsinə səbəb olduğuna dair güclü və səbəbli sübutlar təqdim edib. Araşdırmada 28 mindən çox insan üzərində həyata keçirilib.
Hələ də ekspertlər tərəfindən nəzərdən keçirilməyən araşdırmada Britaniya vətəndaşlarının sağlamlıq qeydlərindən alınan beyin skan məlumatları təhlil edilib. Bundan əlavə, iştirakçıların sorğuları nəzərdən keçirilib və siqaret çəkmə vərdişləri analiz edilib.
Tapıntılar hər gün siqaret çəkən iştirakçıların beyin həcminin orta hesabla 7,1 kub santimetr daha kiçik olduğunu ortaya çıxarıb. Siqaret beyin hüceyrələrinin cəmləşdiyi beynin boz maddəsinin 5,5 kub santimetr azalmasına da səbəb olub.
Siqareti tərgidən, amma keçmişdə hər gün siqaret çəkən insanların beyin neyronlarını birləşdirən ağ maddənin də 1,6 kub santimetr azalması aşkarlanıb.
Buundan öncəki araşdırmalarda siqareti uzun müddət öncə tərk edən insanlara nisbətən siqareti yeni tərgidən insanların beynində bir qədər daha çox boz maddə olduğu ortaya çıarılmışdı.
Məsələn, bir il əvvəl siqareti tərgidənlərdə boz maddənin həcminin 0,09 kubsantimetr artdığı müşahidə edilib.
Pensilvaniya Dövlət Universitetinin professor Dajiang Liu bu araşdırmanın çox önəmli olduğunu və siqaret sənayesinə zərər vura biləcəyini qeyd edib.