İnsan nə qədər yatmalıdır?
- Admin
- 02-apr-2024, 17:20
- 1 Baxış
Sağlam həyat yaşamağın vacib şərtlərindən biri də yuxudur. Hər bir insan öz yaş dövrünə görə yuxu rejiminə əməl etməlidir. Bəs insan sutka ərzində neçə saat yatmalıdır?
Amerikalı mütəxəssislərin tövsiyə etdiyi yaş qrupuna görə yuxu rejiminin siyahısını təqdim edirik.
- Yeni doğulanlar (0-3 ay): bu yaşda körpələrin 14-17 saat yatması lazımdır. Amma 19 saatdan çox yatmaları tövsiyə edilmir.
- Balaca uşaqlar (4-11 ay): 12-15 saat yatmağı tövsiyə olunur.
- Yeriməyə təzə başlayan uşaqlar (1-2 yaş): 11-14 saat yatmaları tövsiyə olunur.
- Məktəbəqədər dövr (3-5 yaş): 10-13 saat yuxu məsləhət görülür.
- Məktəb dövrü (6-13 yaş): 9-11 saat yuxu tövsiyə edilir. 7 saatdan az və 12 saatdan çox yatmaq olmaz.
- Yeniyetməlik dövrü (14-17 yaş)- 8-10 saat yatmaq lazımdır. 11 saatdan çox, 7 saatdan az yatmaq olmaz.
- Gənclər (18-25 yaş): 7-9 saat yatmaq məsləhətdir. 6 saatdan az, 11 saatdan çox yatmaq olmaz.
- Orta yaşlı (24-64 yaş): 7-9 saat yatmaq məsləhətdir. 6 saatdan az, 11 saatdan çox yatmaq olmaz.
- Yaşlı insanlar (65 yaşdan yuxarı): 7-8 saat, amma 5 saatdan az, 9 saatdan çox yatmaq olmaz.