D vitamininin günlük dozasını almaq üçün günün altında nə qədər olmaq lazımdır?
- Admin
- 02-apr-2024, 17:47
- 0 Baxış
D vitamini orqanizmdə çox böyük rol oynayır, bir çox proseslərdə həm vitamin, həm də hormon kimi iştirak edir.
D vitamini uşaq orqanizminin normal inkişafı və raxitdən qorunması üçün lazımdır;
- immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - infeksion xəstəliklərdən qoruyur, antimikrob maddələrin sintezində iştirak edir, iltihab reaksiyalarını dəf edir;
- qan təzyiqinin tənzimlənməsində iştirak edir;
- aterosklerozun inkişafının qarşısını alır;
- beyində gedən bir çox proseslərdə iştirak edir;
- qığırdaq toxumasının dağılmasının qarşısını alır;
- ürək-damar xəstəliklərinin inkişafından qoruyur;
- bədəndə metabolik prosesləri sürətləndirir;
- kalsiumun mənimsənilməsini tənzimləyir.
D vitamini (D3, xolekalsiferol) dərimizdə gün şüalarının təsirindən sintez olunur. Lakin bunun üçün saatlarla günün altında “zaqar” almağa ehtiyac yoxdur. Əksinə bu ziyanlıdır. “zaqar”dan sui-istifadə dəri xərçənginin əsas səbəbi sayılır. Həmçinin dəri nə qədər çox qaralırsa, D vitamininin sintezi də bir o qədər azalır.
D vitamininin günlük dozasını almaq üçün gün şüalarının altında 10-15 dəqiqə olmaq kifayətdir.
Bu zaman bütün bədənin açıq olması da vacib deyil, üz və əllərin açıq olması yetərlidir.