Həmkara dəstək

Təhsil Ekspertləri Mərkəzi valideyinlərə qızılca ilə bağlı müraciət etdi

  • Redaktor
  • 24-fev-2024, 11:36
  • 59 Baxış

  

Bu gün Təhsil Ekspertləri Mərkəzinin növbəti toplantısı keçirilib.

Mektebgushesi.az xəbər verir ki, görüşdə həftənin ən çox müzakirə olunan cari təhsil məsələləri, gündəmdə olan hadisələr təsisçilər qrupu tərəfindən müzakirə edilib.

Görüşdə təhsil ekspertləri və TEM həmtəsisçiləri: Elşən Qafarov, İlham Əhmədov, Kamran Əsədov, Məzahir Məmmədli, Vüsal Kərimli, Elçin Əfəndi və Elmin Nuri iştirak edib.

Görüş zamanı ekspertlər tərəfindən təhsil gündəmi ilə bağlı problemlərin həlli istiqamətində konstriktiv müzakirələr aparılıb, həmçinin Təhsil Ekspertləri Mərkəzinin gələcək fəaliyyət proqramı ilə bağlı yeni təkliflər müzakirə olunub və təsisçilər tərəfindən səsə qoyularaq qəbul edilib.

Bundan əlavə, TEM İdarə Heyətinin qarşıdakı üç ayda həyata keçirəcəyi görüşlər,  rəsmi dairələrlə aparılacaq təhsil müzakirələri fəaliyyət planına daxil olunub.

TEM İdarə Heyətinin bugünkü görüşündə müzakirə olunan ən vacib məsələ orta ümumtəhsil müəssisələrində sürətlə yayılan və hər ay müəyyən sayda məktəblinin ölümünə səbəb olmuş qızılca epidemiyası ilə bağlı olub.

TEM şagirdlər arasında sürətlə yayılan qızılca epidemiyasının təhlükəliliyi və onun pedaqoji prosesinə mənfi təsiri ilə bağlı məktəb rəhbərliyi, şagird və valideynlərə müraciət mətni hazırlayıb.

Müraciət mətnində bildirilir ki, Təhsil Ekspertləri Mərkəzi son aylarda qızılca səbəbindən vəfat edən məktəblilərlə bağlı dərin narahatlığını bildirir, bununla əlaqəli valideynlərə mü raciət edərək, ilk növbədə övladlarında qrip-qızdırma əlamətləri aşkar etdikləri halda dərhal sahə həkimi, yaxud mütəxəssis həkimlərə müraciət etmək, uşaqlarını qızdırmalı halda məktəbə göndərməməyi tövsiyə edir.

“Eyni zamanda, yaranmış vəziyyətlə bağlı övladlarının təhsil aldıqları məktəbin rəhbərliyi, sinif rəhbərlərini məlumatlandırmaq, uşaqların həkim nəzarətindən kənar saxlamamağı xahiş edir.

Dəyərli valideynlər, ilk növbədə bilməliyik ki, övladınızın sağlam böyüməsi, onların təhsili ilə bağlı hər birimizin üzərinə məsuliyyət düşür. Nəzərə almalıyıq ki, sizin qripə yoluxmuş, yaxud, qızdırmalı halda məktəbə göndərdiyiniz övladınız digər həmyaşıdlarını, eləcə də bütün məktəb şagirdlərinin yoluxması üçün mənbə ola bilər.

Təhsil Ekspertləri Mərkəzi olaraq bir daha bu məsələyə həssaslıqla yanaşmağa, məktəb rəhbərliyinə lazımı məlumatları vaxtında verməyə, övladlarınızın həkim nəzarətindən kənarda saxlamamağa çağırırıq”, – müraciətdə qeyd olunur.

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?