Ağıllı insanlara xas 10 xüsusiyyət
- Admin
- 02-apr-2024, 22:15
- 0 Baxış
Bir insanın ağıllı sayıla bilməsi üçün onun yüksək ali təhsil sahibi olması vacib deyildir. Baxsanız görəcəksiniz ki, düzgün təhsil həyatı olmayan, amma dünyanın ən uğurlu insanları arasında girməyi bacarmış bir çox məşhur ad var. Dyslexia xəstəliyindən əziyyət çəkən və məktəbi belə bitirməyən Richard Branson bunlardan sadəcə biridir. Oprah Winfrey, James Cameron, Tom Hanks, Lady Gaga, Steve Jobs, Mark Zuckerberg də təhsil həyatında müvəffəqiyyətsiz olan məşhur adlar arasındadırlar. Odur ki, bir insanı ağıllı edən oxuduğu məktəb deyil.
Bəs nədir?
Bunun üçün bir deyil, bir neçə xüsusiyyətə sahib olmalısınız.
1. Onlar qənaət etməyi bilirlər!!!
Ehtiyatlı davranmağı xəsislik və ya acgözlülüklə qarışdırmaq olmaz. Ağıllı insanlar məhz bu fərqi görə bilirlər. Onlar qənaət etmənin nə demək olduğunu bilirlər. Lazımsız xərclərdən qaçırlar. Məsələn, evlərində enerji qənaətli lampalardan istifadə edərlər. Kredit kartı istifadə etmirlər, istifadə etsələr belə həqiqətən lazımlı olduğu zaman istifadə edirlər. Bir şey almamışdan qabaq, o məhsulun nə qədər lazımlı olduğunu düşünərlər. Məsələn, bir jurnal və ya kabelli TV üzv olmazlar. Çünki onlar yaxşı bilirlər ki, istədikləri hər cür məlumata internet vasitəsilə çata bilərlər. internetdə istədikləri hər cür məlumata erişebileceklerini bilirlər. Bu barədə çoxlu sayda misal çəkmək olar.
Nəticədə ağıllı insanlar qənaət etməyi yaxşı bilirlər.
2. Onlar başqalarına yox, özlərinə inanırlar!!!
Əlbəttə ki, hamımız kimi ağıllı insanların da dostları, ailə üzvləri, biznes tərəfdaşları vardır. Amma onlar hər hansı çətin vəziyyətdə başqalarına yox, özlərinə güvənməyi seçərlər. Yəni problemlərlə tək başına mübarizə etməyi bilirlər. Onlar üçün öhdəsindən gəlinməyəsi bir iş yoxdur. Hər kəs getsə belə tək başına müvəffəqiyyətli ola bilən şəxslər, ağıllı şəxslərdir.
3. Onlar məsuliyyətsizlik etmirlər!!!
Bu o demək deyil ki, ağıllı insanlar əylənməyi bilmir, gülmür, gəzib görmür. Onlar sadəcə nəyi harada edəcəkləri barəsində ağıllı qərarlar verə bilirlər. Yəni əyləncənin dozasını qaçırmırlar. Çünki məsuliyyətlərinin fərqindədirlər. Ağıllı insanları digərlərindən fərqləndirən ən böyük fərq məsuliyyət şüurudur.
4. Onlar geniş baxa bilirlər!!!
Ağıllı insanlar qatı fikirli olmaqdan hər zaman qaçınarlar. Onlar yeniliklərə açıq olmanın və fərqli düşünə bilməyin nə qədər əhəmiyyətli olduğunu bilirlər. Düşüncə və ya inancları səhvdirsə, özlərini məğlub olmuş hiss etməzlər. Bunun əvəzinə düzünü öyrənməyə çalışırlar.
5. Onlar xətaları ilə yaşamırlar!!!
Əlbəttə ki, ağıllı insanlar da səhv edə bilər! Lakin onlar etdikləri səhvə yox, onu necə düzəldə biləcəklərinə fokuslanarlar. Nəticədə edilən bir səhvdən dərs çıxardıldığı təqdirdə, o səhv sizin üçün zərərdən çox faydaya çevriləcək.
6. Onlar şansa inanmırlar!!!
Bəli düzgün oxudunuz, ağıllı insanlar digərlərindən fərqli olaraq, şansa inanmırlar. Yəni ortada bir problem varsa, onun yaxşı şans sayəsində aradan qalxacağına inanmırlar. Bunun üçün əllərindən nə gəlirsə edərlər və qarşılaşacaqları nəticəyə hazırlanarlar. Həyatlarındakı heç bir şeyin şans və ya təsadüfi olduğunu düşünməzlər.
7. Onlar detallı düşünürlər!!!
Ağıllı insanlar həm iş, həm də şəxsi həyatlarında hər bir detalı tək-tək hesablayırlar. Ola biləcək bütün vəziyyətləri nəzərdə tutur, bunlara uyğun plan hazırlayır və heç bir işlərini şansa buraxmazlar. Məsələn bir iş quracaqlarsa, o iş haqqındakı hər şeyi öyrənir, sektordakı rəqibləri araşdırır, hesablamaları yerinə yetirir, qarşılaşa biləcəyi çətin vəziyyətlər qarşısında nə edə biləcəyini düşünür və bütün bu planlardan sonra əmindirsə, həmin işi qurmağa başlayırlar.
8. Onlar danışıqlarının yerini bilirlər!!!
Ağıllı insanlar etdikləri çıxışlarda, şərhlərdə,gələcəkdə onları gücsüz göstərə biləcək sözləri istifadə etməməyə çalışırlar. Yəni böyük sözlər verməzlər. Çünki onlar hərəkətlərin sözlərdən çox daha üstün və təsirli olduğunu bilirlər.
9. Onlar özlərinə qarşı dürüstdürlər!!!
Ağıllı insanlar hər mövzuda özlərinə qarşı dürüst olmağı öyrənmiş şəxslərdir. Realizm onların təbiətindən vardır. Həyata çəhrayı eynəklərdən baxmazlar, yaşamağın bəzən nə qədər çətin olduğunu bilirlər. Uzun sözün qısası, ağıllı insanlar özlərinə əsla yalan danışmazlar.
10. Onlar yersiz riskə atılmazlar!!!
Ağıllı insanlar bir riskə girməmişdən qabaq, onun bu riskə dəyib, dəyməyəcəyini hesablayırlar. Yəni axmaq cəsarəti olaraq təyin oluna biləcək axmaq xüsusiyyətlər, ağıllı insanlarda görülməyən xüsusiyyətlər arasındadır. Onlar şans faktorunu ələyib, müvəffəqiyyət dərəcələrinin yüksək olduğu işlərə girər və alacağı risk nisbətinin minimum olmasına diqqət edərlər.
Bu qətiyyən qorxaqlıq deyil, bu AĞILdır!!!