Valideyin

Məktəblərimizin eyni problemi - Valideyinlər bunu məcburiyyətdən edirlər

  • Admin
  • 01-mar-2024, 18:27
  • 0 Baxış

 

"Valideyinlərin övladlarını məktəbdən yayındırıb repetitor yanına qoyması məsələsi sözün açığı, olduqca acınacaqlı durum yaradıb.

Çünki əhali bilmir öz maddi imkanlarını sırf gündəlik təlabat mallarınamı - evinə, ailəsinə, uşağınamı xərcləsin, yoxsa ki, aparıb əldə etdiyini birbaşa sırf uşağının hazırlıqlarına xərcləsin".

Bunu təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, müəllimlər dərs zamanı yazı-pozu kimi əlavə yüklərdən azad olmalıdırlar:

"Repetitor məsələsinə görə vəziyyət kritik həddə çatır. Yüzlərlə, minlərlə valideyindir ki, eyni vəziyyəti yaşayırlar. Valideyin ayda 300-400 manat qazanc əldə edir, aparır onun da 200-250 manatını birbaşa hazırlıqlara yönəldir. Bu da əlbəttə ki, cəmiyyətimiz üçün ağrılı bir məqamdır. Çünki əgər şagird 9, 10, 11-ci siniflərdə ali təhsil müəssisələrinə hazırlaşırdısa, indi elə bir vəziyyətdir ki, artıq ibtidai siniflərdən hazırlıqlara başlayırlar. Bu da yolverilməz haldır.

Ölkə konstitutsiyasında da icbari təhsilin hər kəs üçün vacibliyi qeyd edilib və dövlət də pulsuz təhsillə bağlı təminatı öz üzərinə götürüb. Kimsə istəyirsə ödənişli əsaslarla hazırlaşsın, bunu üçün ödənişli özəl məktəblər də var. Amma indi ölkədə hər kəsin imkanları bərabər deyil, hər kəsdə o qədər imkan yoxdur ki, aparsın övladını ödənişli əsaslarla özəl məktəblərdə oxutsun.

Azərbaycanda 4432 məktəb var, bunların hər birində dərslər normal qaydada tədris olunmalıdır. Mən burada müəllimləri də qınamıram. Müəllimlər ümumiyyətlə elə bir acınacaqlı vəziyyətə salınıblar ki, dərs qalıb bir kənarda, onlar həmin vaxtda ancaq yazı-pozu işi ilə məşğuldurlar. Əlavə yüklənilən formal xarakterli işlər aparırlar, 45 dəqiqə müddəti müəllim bilmir ki, həmin o tapşırıqları yerinə yetirsin, yoxsa şagirdlərə dərs keçsin.

Bundan əlavə, həm də əlbəttə ki, auditoriyalarda şagirdlərin say çoxluğudur. Yəni, bir sinifə 35, 40, 45 uşağın yığılmağı əlbəttə, dərslərin keyfiyyətini aşağı salacaq. Şagird sayı hər sinifə maksimum 25 həddi müəyyən olunmalıdır, şaöird sayı bundan artıq olmalı deyil. Məktəb sayını artırmaq lazımdır, birnövbəli sistemə keçmək lazımdır. İkinci növbə zəif şagirdləri saxlayıb, əlavə məşğələlər, dərslə keçmək lazımdır ki, bu problemlər aradan qalxsın. Vəziyyətdən çıxış üçün müəllimlərin əməkhaqqı da istənilən səviyyədə olmalıdır".

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?