Sağlamlıq

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

  • Admin
  • 04-apr-2024, 02:08
  • 0 Baxış




Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir.


Bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyə çalışın.


- Zülal orqanizm üçün olduqca vacibdir. Zülal orqanizmdə "tikinti" funksiyanı yerinə yetirir, zülal toxumaların və o, cümlədən, qığırdaq toxumasının bərpasında iştirak edir.


Oynaqlar üçün xeyirli olan zülal mənbələri: toyuq, balıq, yumurta. Həmçinin ətin tərkibində birləşdirici toxumanın bərpası üçün çox vacib olan sink mineralı var.


- C vitamini kollagen toxumasının sintezində iştirak edir, oynaqların davamlılığını və möhkəmliyini artırır, oynaqda iltihabı azaldır.


C vitamini mənbələri: itburnu, qara qarağat, sitrus meyvələri, kələm, bolqar bibəri.


- Kükürd qığırdaqların tərkibinə daxildir.


Kükürd mənbələri: kələm, soğan, lobya, noxud, alma, sarımsaq və həmçinin mal əti, balıq, yumurta.


Qığırdaq toxumasının sağlamlığına tərkibində jelatin olan məhsullar (xaş, kisel, jele) çox yaxşı təsir edir. Bu qidaları daha tez-tez yeməyə çalışın. Lakin nəzərə almaq lazımdır ki, xaş çox yağlı və "ağır" qidadır.  Xaşı həftədə 1 dəfə yemək kifayətdir. Kisel və jele isə hər gün sizin qidalanmanızda ola bilər.


- Selen mineralı da oynaqların sağlamlığı üçün çox vacibdir. Bu mineral dəniz məhsullarının (midiya, krevet), kokosun, braziliya qozun tərkibində çoxdur. Həmçinin bu mineral sarımsağın, yumurtanın, treska balığın, dəniz yosunların tərkibində var.


- Kalsium da oynaqlar üçün çox vacib mineraldır.


Kalsium mənbələri: kəsmik, pendir, şor, qatıq.


Oynaqlarınız ağrıyırsa, qidalanmanızda hisə verilmiş, qızardılmış, konservləşdirilmiş qidaları, pomidor, badımcan kimi tərəvəzləri, qırmızı əti (mal, qoyun əti) azaltmaq lazımdır.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?