Sağlamlıq

Həkim mövsümi allergiyalardan qorunmağın yollarını AÇIQLADI

  • Admin
  • 04-apr-2024, 16:24
  • 0 Baxış




“Mövsümi allergiyalar xüsusilə yaz və payız fəsillərində özünü büruzə verir”.


Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova “Instagram” üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.


Həkim bildirib ki, insanlarda daha çox allergiyanın polinoz növü müşahidə olunur:


“Bu allergiya növü daha çox ağacların çiçəklənmə və tozlanma dövründə müşahidə edilir. Mart, aprel və may aylarında bu allergiya növü özünü tez-tez büruzə verir. Mövsümi allergiya və polinozdan əziyyət çəkən insanların səhər saatlarında evdən çıxmamaları, pəncərələri açmamaları tövsiyə edilir. Çünki təbiətdə ağacların tozlanma prosesi gedir. Küçələrdə tənəffüs yollarını qorumaq üçün maska taxılmalı, gözləri qorumaq üçün isə eynəklərdən istifadə məsləhət görülür”.Oxu.Az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?