Sağlamlıq

Süfrəyə dad, orqanizmə qüvvət, dəriyə gözəllik verir

  • Admin
  • 04-apr-2024, 17:37
  • 0 Baxış



Hil yalnız Novruz bayramı və bayram şirniyyatları süfrəsindəki xörək və şirniyyatlara dad qatan ədviyyat deyil, bütün dünyada populyardır.


Qədim dövrlərdə "cənnət ədviyyatı" adlandırılan hil zəfəran və vanildən sonra ən bahalı ədivalardan sayılır.


Ondan təkcə kulinariyada deyil, həmçinin, ətir istehsalında, tonik, dodaq nəmləndiricisi kimi məhsulların pis qoxularını aradan qaldırmaq üçün istifadə edilir.


Hilin vətəni Hindistan olsa da, onu Şri-Lanka, Çin, Afrika və Amerikada da becərirlər. Qabığının rəngi sarımtıl-yaşıl, toxumu isə qırmızımtıl-qəhvəyidir. Kəskin qoxusu və yandırıcı tamı var.


Ona olan tələbatın əsas səbəbi özünəməxsus ətri ilə yanaşı, həm də sağlamlıq üçün əhəmiyyətli olmasıdır. Soyuqdəymənin qısa zamanda aradan qaldırılması və hipertoniya xəstəliyindən əziyyət çəkənlərin ondan istifadə etməsi çox müsbət təsir göstərir.


Güclü afrodiziak təsirə malik bitki olduğuna görə müntəzəm istifadə olunduqda cinsi fəallığı artır, həzm prosesini yaxşılaşır. Ona görə də yeməkdən sonra toxumlarını çeynəmək lazımdır.


Eyni zamanda tər və ağız qoxusunu aradan qaldırır. Hildən hipoasid qastrit, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşının müalicəsi üçün də istifadə edilir, revmatizm, öskürək, zökəmdə də səmərəli müalicə vasitəsidir.


Hindistanda hil kökündən stimullaşdırıcı vasitə kimi, həmçinin, qanlı ishalda istifadə olunur. Təbii antiseptik kimi orqanizmdə olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Ürək fəaliyyətini yaxşılaşdır, beyni stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır. Kofeinin orqanizmə mənfi təsirini azaltmaqla yanaşı, çaya əla dad verir. Hil yağının mütəmadi olaraq istifadəsi üzdəki qırışları və yaşlılıq ləkələrini azaldır.


1 stəkan qaynadılmış suya üçdəbir çay qaşığı hil tozu əlavə edilərək 10 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən sonra qəbul edilməsi tüpürcək vəzilərinin fəaliyyətini artırır, iştahanı yaxşılaşdırır.


Bir hissə nanə və bir hissə hil üzərinə 200 qram qaynadılmış su əlavə olunur, 5 dəqiqə vam ocaqda dəmləniləndən sonra çay əvəzinə içilməsi ürəkbulanmanı aradan qaldırır.


1 stəkan qaynadılmış suya yarım çay qaşığı hil əlavə edilib dəmlənir, süzülərək qarqara edilməsi angina və faringit zamanı çox faydalı təsir göstərir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?