Kolbasa siqaret və içkidən də zərərlidir - HƏKİM
- Admin
- 04-apr-2024, 17:48
- 1 Baxış
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, kolbasa sağlamlığa spirt və siqaretdən az təsir etmir. Səhiyyə təşkilatı artıq kolbasa, spirt və tütünün sağlamlıq üçün demək olar ki, eyni dərəcədə zərərli olduğu qənaətinə gəlib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis, pediatr Həmid Hacıağayev bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, ilk növbədə, yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar uşaqların bədəninə əlavə yük verir. Hazırda ət sənayesində bir çox əlavələrdən istifadə olunur ki, bu da hazır məhsulun orqanoleptik xüsusiyyətlərini (görünüşünü, dadını, ətrini, teksturasını) yaxşılaşdırmaqla yanaşı, həm də hazır məhsulun məhsuldarlığını artırır.
Bu problem sənayenin işləməyə məcbur olduğu dondurulmuş ət xammalından istifadə edərkən xüsusilə aktualdır, bu da uşağın bədəninə mənfi təsir göstərə bilər. Uşaqların qida rasionunda bu məhsulların mövcud olması bir sıra metabolik dəyişikliklərə və nəticədə ciddi xəstəliklərin inkişafına səbəb olur.
Qeyd etmək lazımdır ki, lazımsız inqridiyentlər piylənməyə səbəb ola bilər. Bu məhsulların istifadəsi həm mədə-bağırsaq traktında, dayaq-hərəkət aparatında patologiyaların artmasına birbaşa səbəb olur. Erkən yaşdan uşaqda duzlu və ədviyyatlı yeməklərə vərdiş yaranır. Bu da normal qidalanma və inkişaf üçün böyük əngəllər yaradır.
Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında hansı inqridiyentlər olmamalıdır?
İlk növbədə buraya fosfatlar, dadlandırıcılar - qlutamatlar, süni rənglər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) və digər kimyəvi maddələr aiddir. Qeyd olunan bu zərərli maddələr olmadan kolbasa (sosis, sardel və s.) istehsalı mümkün deyil.
"Əziz valideynlər, ehtiyatlı olun, sağlam kolbasa və ya uşaqlar üçün xüsusi hazırlanmış, zərərsiz kolbasa anlayışı yoxdur. Ümumiyyətlə, kolbasa və bu kimi məhsullardan böyüklərin də istifadəsi məsləhət görülmür", - deyə, həkim hər kəsi bu mövzuya həssas yanaşmağa dəvət çağırıb.medicina.az