Sağlamlıq

Mövsümi depressiya ilə necə mübarizə aparaq? – Psixoloqdan açıqlama

  • Admin
  • 04-apr-2024, 18:18
  • 0 Baxış



Rusiyalı klinik psixoloq, yazıçı və teleaparıcı Mixail Xors mövsümi depressiyanın mümkün səbəblərini və onunla mübarizə yollarını açıqlayıb.


O, ilk növbədə gündüzün qısa olmasının, günəşin olmamasının, vitamin çatışmazlığı kimi biokimyəvi amillərin heç də həmişə insanın psixi sağlamlığına təsir etmədiyinə diqqət çəkib. Mütəxəssis əlavə edib ki, eyni zamanda stresin koqnitiv səbəbləri də bunda mühüm rol oynayır.


O, “Blue Monday” psixoloji hadisəsi barədə də xatırladıb. Bu ifadə adətən yanvarın son tam həftəsinin bazar ertəsinə təsadüf edən “ilin ən acınacaqlı günü”nə istinad etmək üçün istifadə olunur. Psixoloqun izah edib ki, bu ana “insanın mənfi qiymətləndirdiyi bir neçə amil əlavə olunur”: bayramlarda həddindən artıq yemək və spirtli içkilərdən həddindən artıq istifadə, həftə sonundan sonra işə getmək, yeni il üçün özünə verilən vədləri yerinə yetirməmək.


Öz növbəsində, mənfi qiymətləndirmə insanın emosional vəziyyətinə təsir göstərir. Ekspert neqativ münasibətdən uzaq durmağın vacib olduğunu vurğulayıb.


Məsələn,”verdiyim sözü tutmadım, bu çox pisdir” əvəzinə, “verdiyim sözü tutmadım, bu, mənim istədiyim kimi deyil” istifadə etmək lazımdır. olke.az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?