Sağlamlıq

Duş qəbul edərkən BUNLARDAN ÇƏKİNİN

  • Admin
  • 05-apr-2024, 22:04
  • 2 Baxış




Orqanizm üçün vacib olan əsas proseslərdən biri də dəri tənəffüsdür. Biz çimərkən dərimiz rahat nəfəs ala bilir. Bu da daxili orqanların düzgün işləməsinə kömək edir.
Duş almaq bəziləri üçün hətta hobbiyə də çevrilib. Günə çimmədən başlaya bilməyən insanlar da var.
Bəzi alışqanlıqlarımız pis nəticələr yarada bilər. Buna görə də bəzi məqamlara diqqət etməliyik.
Kisələnmək
Kisələnmək dəri sağlığı üçündə vacibdir. Kisələnməklə ölü dərilərdən qurtuluruq, qan dövranını sürətləndiririk. Lakin tez-tez kisələnmək dərinin zədələnməsi kimi bir çox mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, həftədə 2-3 dəfədən çox kisələnmək tövsiyə olunmur.
İdman sonrası duşa girməmək
İdman bədən sağlığı üçün olduqca vacibdir. Bəzən idmanla məşğul olduqdan sonra yorulub duşa girməyə ərinirik. Lakin bədən tərləyərkən bədəndə bakteriya sayındada artım baş verir. Ona görə də idman sonrası duş qəbul etmək vacibdir.
Dərini dəsmalla sərt şəkildə qurulamaq
Duş sonrası bədəni dəsmalla sərt şəkildə qurulamaq dəri toxumalarına ciddi ziyan vurur. Tövsiyə olunur ki, dəsmalı yünglücə bədəndə gəzdirərək nəmini alın ya da hamam xalatı geyinərək nəmi özünə çəkməsini gözləyin.
Saçları hər gün yumaq
Yağlı saçlardan əziyyət çəkənlər hər gün saçlarını yumağa çalışırlar. Lakin bilmək lazımdır ki, saçların hər gün yuylması saç uzanmasının qarşısını alır və saç dərisinin gücdən düşməsinə səbəb olur. Tövsiyə olunur ki saçlarınızı hər gün deyil həftədə maksimum 3 dəfə yuyasınız.
Nəmləndirici krem
İsti su ilə duş alarkən dərimiz quruyur. Ona görə də duş qəbul etdikdən sonra dərimizi nəmləndirici kremlərlə nəmləndirmək lazımdır.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?