Sağlamlıq

Dərman olmadan yuxusuzluqdan necə qurtulmaq olar?

  • Admin
  • 05-apr-2024, 22:10
  • 0 Baxış




Müəyyən vərdişləri və gündəlik qaydaları dəyişdirmək yuxusuzluqla mübarizə aparmağa kömək edə bilər.
Bu barədə "Daily Express" Mayo Klinikasının mütəxəssislərinə istinadla məlumat yayıb.
Mütəxəssislərin fikrincə, gündəlik fiziki fəaliyyət, nizamlı olaraq yatmaq və oyanmaq cədvəlinə riayət etmək yuxusuzluq problemini həll etməyə kömək edəcək.
Elm adamları, yatmazdan ən az bir-iki saat əvvəl yeməkdən çəkinməyi məsləhət görürlər. Onların fikrincə, yatmadan əvvəl isti süd və ya çobanyastığı çayı yuxuya getməyi asanlaşdıra bilər.
"Beyninizə istirahət üçün vaxt ayırmalısınız. Ən çətin vəzifələri və ya problemləri yatmadan bir neçə saat əvvəl deyil, günün erkən saatlarında tamamlamağınız məsləhətdir", - məlumatda deyilir. /publika.az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?