Fizuli Hüseynovun zəncəfilin faydaları haqqında məqaləsini təqdim edirik.
Zəncəfil köklərinin elmi araşdırılması nəticələri.
1. İltihab əleyhinə və damar genişləndirici təsir
Zəncəfilin sulu ekstraktı kapilyar keçməməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həm də qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.
2. Antioksidant təsir
Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələr lipid peroksidazasına qarşı qoruyucu olduqları sübut edilmişdir. İn vitro olaraq isə zəncəfil dəmləməsi OH2, O2, və ABTS sərbəst radikallarına qarşı təsri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunmaq deməkdir.
3. Antimikrob təsir
Zəncəfilin təsiri iltihabi xəstəlik olan revmatizmalı xəstələr üzərində araşdırılmışdır. Zəncəfil həm daxilə verilmiş həmdə oynaqlara yeridilmişdir. Oynaqlarda şişkinlik və ağrılar olan xəstələrə zəncəfil ekstraktını fizioterapiya aparatlartı ilə sorulmasını sürətləndirmiş sonda ağrılarda və iltihabı şişkinlikdəazalmalar olmuşdur. 30 xəstə üzərində aparılmış sınaqlar isə belə olmuşdur. Xəstələr 2 qrupa bölünmüş bir qrupuna plasebo (yəni içində təsirsiz maddə olan kapsullar) digərinə isə zəncəfil ekstraktlı kapsullar verilmişdir. Nəticədə yenə də zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.
Zəncəfili uzun müddət ərzində istifadə etmək olar?
Ərəb xalqları demək olar hər gün zəncəfildən istifadə edirlər. Onların hər gün zəcəfildən bəlli bir miqdar istifadə edilməsinə nəzarət edilmiş 3 ay nəzarətdən sonra insan bədənində morfoloji dəyişikliklər baş verməmiş, daxili orqanlarda heç bir tokisiklik müşahidə olunmamış, spermanın kəmiyyət və keyfiyyətində zəifləmə müşahidə olunmamışdır. Bu o deməkdir ki, zəncəfildən daimi istifadə etməklə onun yalnız faydalı xüsusiyyətlərindən yararlanmaq olar, uzun müddətli istifadənin bədən üçün heç bir ziyanı yoxdur.