Sağlamlıq

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

  • Admin
  • 07-apr-2024, 09:27
  • 0 Baxış



Yaddaş pozulmasının səbəbləri müxtəlif ola bilər. Risk faktorları arasında yaş, genetik meyllilik, yüksək təzyiq və xolesterin, artıq çəki, fiziki və sosial aktivliyinin az olması və s. faktorlardır.
İnsanların əksəriyyəti yaddaş pozulmasından 65-70 yaşından başlayaraq şikayət etməyə başlayır ki, bu da orqanizmin və o cümlədən beyinin təbii qocalması ilə əlaqəlidir.
 
Lakin bəzən orta yaşlı və hətta cavan insanlar yaddaş pozulmasından şikayət edirlər. Bu isə sağlamlıqda olan hər hansı pozulmaya işarə edə bilər.
Belə hesab olunur ki, 100 qədər xəstəlik və pozulma yaddaşsızlığa səbəb ola bilər.
1. Baş travmaları (qəza, yıxılma, zərbə və s. nəticəsində).
2. Bunun səbəbi müxtəlif xəstəliklər (məsələn, Alsheymer xəstəliyi) ola bilər.
3. Beyin xəstəlikləri (iltihablar, şişlər və s.)
4. Kreysfeld-Yakob xəstəliyi. Tez inkişaf edən nadir, lakin çox təhlükəli və bir çox hallarda ölümə səbəb olan neyrodegeneativ xəstəlikdir. 
5. Psixiki pozulmalar.
6. Uzunmüddətli stress.
7. Depressiya
8. Hipoterioz (qalxanvari vəzi xəstəliyi).
9. Vitamin çatışmazlığı. Əsasən B12 vitamininin çatışmazlığı yaddaş və diqqətin pozulmasına gətirib çıxardır.
10. Uzunmüddətli xroniki yuxusuzluq və yuxu pozulmaları.
Həmçinin bəzi dərmanların qəbulu da yaddaşın pozulmasına səbəb ola bilər.   
Gördüyünüz kimi, yaddaş pozulması bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxır. Bu səbəbdən yaddaşsızlıqdan əziyyət çəkirsinizsə, vaxt itirmədən həkimə müraciət edin.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?