Sağlamlıq

Fəsil dəyişkənliyi və sağlamlıq

  • Admin
  • 08-apr-2024, 13:03
  • 0 Baxış



"Sağlamlıq hər bir şey deyil, lakin sağlamlıq olmadan hər şey bir heçdir”.
 Dərin məna daşıyan bu aforizm sağlamlığın həyatımız üçün ifadə etdiyi dəyəri bir daha təsdiq edir. Bəşər övladı hələ lap qədimdən həyatda qarşılasdığı çətinliklərlə, xəstəliklərlə, nasazlıqlarla mübarizəyə başlamış, canını qorumağa çalışmışdır. O, yaşamaq naminə bir sıra dərdlərinə əlac tapmağa nail olmuş və beləcə, tədricən öz təcrübəsini genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur. Lakin təəssüflə qeyd etməliyik ki, səhhətimizdə zaman-zaman yaranan problemlərin qarşısında aciz qalır, onları dəf etməyə çətinlik çəkirik.
Səhhətimizdə yaranan problemlərə səbəb olan başlıca amillərdən biri də fəsil dəyişkənliyidir. İnsan xarakteri kimi dəyişkən olan fəsillər də hər ay qarşımıza fərqli özəlliklərlə çıxır. Bu özəlliklərə alışmaq isə orqanizmimiz üçün bir qədər çətin olan prosesə çevrilir, müəyyən problemlərin yaranmasına, xəstəliklərə yol açır. Bu xəstəliklər orqanizmdə baş verən ani dəyişikliklər hesabına yaranır. Həmin dəyişikliklərdən ən vacibi isə vitamin çatışmazlığıdır. Bu problemi aradan qaldırmaq üçün mövsümə uyğun vitaminlərin qəbul edilməsi önəmli şərtdir. Əks halda, yorğunluq, halsızlıq, yuxusuzluq və iştahsızlıq kimi depressiyon hallarla qarşı-qarşıya qalmaq təhlükəsi mövcuddur.
Fəsil dəyişkənliyi ilə əlaqədar yaşanan əsas problemlərdən biri psixoloji təsirdir. Bu zaman halsızlıq, yorğunluq kimi hislər yaşanır. Yuxu rejimi pozulur, bədəndə ağrılar yaranir, iştah pozulur, müəyyən bir işə həvəssiz yanaşma və s. ozunu göstərir. Nevroz və digər psixoloji problemləri olan insanlarda fəsil dəyişikliyi zamanı yaranan yorğunluq özünü daha çox biruzə verir. Həmçinin xroniki problemi olan insanlara da bu aylarda özlərini qorumaları tövsiyə olunur.
Araşdırmalar sübut edir ki, payız-qış aylarında günəş şüalarının hərarətinin azalması da insan psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Bu dövrdə uşaqlar, gənclər və yaşlılar xüsusilə diqqətli olmalıdırlar. Fəsillə əlaqədar yaranan gərginliklər 17-25 yaş arasında olan insanlarda üstünlük təşkil edir. Bu mənada, bir sıra məsləhətləri hər zaman diqqət mərkəzində saxlamaqda fayda var. Həmin məsləhətlər sırasına yuxu rejiminə diqqət yetirmək, sağlam şəkildə və kifayət qədər qidalanmaq, mümkün olduğu qədər sulu yeməklərdən istifadə etmək, kofeinli içkilər əvəzinə, bitki çaylarına üstünlük vermək və s. daxildir. Bu dönəmlərdə müsbət enerji ala biləcəyiniz insanlarla ünsiyyətdə olmaq da psixoloji cəhətdən müsbət təsirlə nəticələnə bilər.
Qış aylarında meydana gələn fəsil dəyişkənliyi zamani soyuqdəymə, zökəm kimi yoluxucu xəstəliklər yaranir. Bu hallarda təbii qidalanmaya üstünlük vermək daha məqsədəuyğundur, antibiotiklərdən istifadə etmək isə mənasız, hətta zərərlidir. Çünki onların viruslara heç bir təsiri yoxdur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit kimi xəstəliklərin müalicəsi zamanı istifadə etməkdə fayda var. C vitamini sağlam həyat tərzi üçün vacib və antioksidant xassəyə malik olsa belə, bu vitamin də nə qripi, nə də zökəmi müalicə etmir. Odur ki, vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi insan orqanizmi üçün xeyirli məhsullardan istifadə etməklə aradan qaldırmaq daha məsləhətlidir.
Soyuqdəyməyə qarşı müalicədə əsas şərtlərdən biri də istirahətdir. Mümkün olduqca çox istirahət etmək, dincəlmək xəstəliyin aradan qaldirilmasina kömək göstərə bilər. Soyuqdəyməyə əlac olacaq vasitələrdən biri də bolluca isti maye qəbuludur. Cökə, adaçayı, nanə və limon çayları bunun üçün ideal vasitədir. Bu ərəfədə həmçinin mandarin, portağal kimi sitrus meyvələrinin, eləcə də hər növ tərəvəzin qəbul edilməsi də soyuqlamanın qarşısını alan əsas faktorlardandır.
qadinklubu.com



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?