Sağlamlıq

Mixək haqqında maraqlı məlumatlar

  • Admin
  • 08-apr-2024, 13:20
  • 0 Baxış




Mixək-həmişəyaşıl mixək ağacının qurudulmuş çiçək tumurcuğudur. Hündürlüyü bəzən 10, bəzən də 15 metrə çatır. Yarpaqları tünd yaşıl, meyvələri tünd qırmızıdır. Vətəni Molukk adalarıdır. Ancaq bir çox tropik ölkələrdə də becərilir. Madaqaskar, Hindistan, Şri-lanka, Braziliya, İndoneziya, Qvineya və Zənzibar adaları bu ölkələrdən bir neçəsidir.
Hələ eradan əvvəl mixək Misir, Çin, Hindistan və Romada ədviyyat və dərman kimi istifadə edirdilər. 17-ci və 18-ci əsrlərdə isə İngiltərədə qiyməti çox yüksək olduğu üçün mixəyi qızılla ölçürdülər. 15-ci əsrdən sonra mixək Avropada yenidən yayılmağa başladı. 
Çiçək tumurcuqlarından əldə edilən ədviyyatın rəngi qara, dadı isə acı və turş olur. Xüsusi iyi var. Mixəyə bu dadı və iyi verən tərkibindəki efir yağlarıdır. Efir yağlarının əsasını (70-90%-ni) evgenol, 2-3%-ni asetevgenol, kariofilen və başqa maddələr təşkil edir. Mixəyin tərkibi isə faizlə aşağıdakı kimidir: 
Mixək haqqında maraqlı məlumat
Su - 7-7.5%
Azotlu maddələr - 5.8-6.5%
Efir yağları - 16-20%
Karbonatlar - 16-20%
Aşı maddələr - 16-20%
Kül - 5.3-6%
Mixəkdən ən çox kulinariyada istifadə edirlər.
Onun keyfiyyəti becərildiyi yerdən, qurudulmasından, tumurcuqlarının iri-xırdalığından və tərkibində olan efir yağlarının miqdarından asılıdır.
 
FAYDALARI:
Antiseptikdir. Mikrobları öldürür.
Ağrıkəsicidir. Baş və diş ağrılarını aradan qaldırır.
Diş və dişəti xəstəliklərinin müalıcəsinə kömək edir.
İştahanı açır.
İmmuniteti artırır.
Ürəyi möhkəmləndirir.
 
Qaraciyər üçün faydalıdır.
Həzmi asanlaşdırır. Həzm sisteminin fəaliyyətini artırır.
Dəri xəstəliklərinə qarşı faydalıdır. Dəridəki səpgiləri götürür.
Yorğunluğu aradan qaldırır.
Yaddaşı möhkəmləndirir.
Qrip mənşəli xəstəliklərin müalicəsinə kömək edir.
Soyuqdəyməyə qarşı faydalıdır.
Boğazı yumuşaldır.
 Görmə qabiliyyətini artırır.
Öskürəyi kəsir.
Temperaturu aşağı salır.
İslahı kəsir.
Bağırsaqdakı qurdları salır.
Doğumu asanlaşdırır.
Həm qazqovucu, həm də sidikqovucudur.
Antioksidant təsirə malikdir.
Toksinlərin ifraz olunmasını asanlaşdırır.
Yuxusuzluğu aradan qaldırır.
Ağız qoxusuna qarşı faydalıdır.
Ağız yaralarını və iltihabları sağaldır.
Beyin üçün faydalıdır.
Mixək yağı nevralgik və revmatizm ağrılarının qarşısını alır.
Mixək yağı göbələk xəstəliklərinin müalicəsinə kömək edir.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?