Sağlamlıq

Yaddaşı necə gücləndirmək olar

  • Admin
  • 08-apr-2024, 14:18
  • 0 Baxış



Kevin Daumadan yaddaşı gücləndirmək haqqında bir neçə məsləhətlərini təqdim edirik.
1 . Ciddi bir rejim yaradın
 
Biz əksər hallarda açarları və gün eynəyini eyni yerlərə qoyuruq. Bəzən siz «proqramı dəyişəndə» onları fərqli yerlərə qoyursunuz və daha sonra onları tapmaqda çətinlik çəkirsiniz. Mühüm məlumatlarla da eyni hadisə baş verir. Sizə lazım olan məlumatları xüsusi e-mail qovluqlarına yerləşdirin. Beləliklə, siz onların harada olduqlarını heç bir zaman unutmayacaqsınız.
2 . Rejimi pozun
Siz hər gün açarları sağ cibinizə qoyursunuz? Sistemi sındırın, sol cibinizə qoyun! İşə və yaxud dərsə yeni yollar ilə getməyi sınayın. Belə etməklə sizin davranış nümunəniz dəyişəcək. Bu yeni fikirlərin yaradılmasına xidmət göstərən və sizin mexaniki hərəkət qaydalarınızı dəyişdirən bir üsuldur.
 
3 . Sağlam qida qəbul edin
Vitaminlərlə və xüsusi antioksidləşdirici maddələrlə zəngin olan qidalar həqiqətən də beynin fəaliyyətini gücləndirirlər. Qida rasionunuza yaşıl çay, qarağat, qızıl balıq, kələm və tünd şokolad əlavə edin. Mütəxəssislər bir qədəh qırmızı şərabın da yaddaş üçün xeyirli olduğunu söyləyirlər.
4 . Yaxşı yatın
Az yatan insanların yaddaşlarına daha çox gərginlik düşür və nəticədə hər şeyi unutmağa başlayırlar. Məhsuldar düşünmək üçün orqanizm istirahət etməlidir.
5 . İntellektinizi inkişaf etdirin
Beyni daimi işə öyrəşdirsəniz, o daha effektiv çalışmağa başlayacaq. Məsəllər, rebuslar həll edin, dillər öyrənin. Getdiyiniz tədbirlərdə, qonaqlıqlarda insanların adlarını ilk dəfədən yadda saxlamağa çalışın.
5 . Heykəllər qurun
Əgər siz bir hadisəni və yaxud telefon rəqəmlərini yadda saxlamaq istəyirsinizsə, onlara uyğun hadisələr qurun. Qurduğunuz hekayələr nə qədər gülməli olarsa, siz onları bir o qədər uzun müddətli xatırlayacaqsınız.
7 . Qeydlər edin
Bu gün ki gündə kompüterlər, planşetlər, telefonlar olduğu üçün qeydlər aparmaq çox asanlaşıb. Lakin beyinə məlumatı yalnız qələm ilə yazmaqla ötürmək olar. Biz qələmlə yazdıqda mətn bizim beynimizdə daha dəqiq əks olunur və mətnin yaddaşımızda bərpası ilə heç bir problem əmələ gəlmir.
8 . Yaradıcı olun
Hadisələri yaddaşımıza həkk etmək üçün şeirlər, mahnılar yaradın. Bunlar həqiqətən də güclü alətlərdi.
9 . Əhəmiyyətli məlumatlara diqqət yetirin
Faktları qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürmək üçün əhəmiyyətli olan
hissələrə diqqət yetirmək lazımdır. Bu demək olar ki, bütün tələbələr bu problemi yaşayırlar. Tədqiqatçılar mühüm hissələrə diqqət yetirmə və onları uzunmüddətli yaddaşımıza ötürmə prosesinin cəmi 8 saniyə davam etdiyini sübut ediblər.
10 . İdmanla məşğul olun
 «Sağlam bədəndə sağlam ruh olur» misalı bizə uşaqlıqdan tanışdı. İdmanla məşğul olduqda, beyin iki dəfə çox və cəld çalışır.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?