Sağlamlıq

Onu qırmızı qan və enerji anbarı adlandırırlar

  • Admin
  • 08-apr-2024, 14:21
  • 0 Baxış


Onu qırmızı qan və enerji anbarı adlandırırlar
Ancaq mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə çuğundur şirəsi içmək məsləhət görülmür.
Çuğundurun ana vətəni Aralıq dənizi sahiiləridir. Ona "qırmızı qan” deyirlər, həmçinin, tərkibini vitamin və minerallar baxımından enerji anbarına bənzədirlər. Çuğundurdakı zəngin antioksidantlar güc, sağlamlıq deməkdir. Qırmızı çuğundura rəngini verən pigmentler xərçəngə qarşı mübarizədə təsirli bir tərəvəz olmasını təmin edir. Onun tərkibində minerallar və A, B, C və P vitaminləri vardır. Eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immunitet sistemini gücləndirir və qan dövranını yaxşılaşdırır. Xüsusilə soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini gücləndirir.
Çuğundurun faydaları:
 
İştahı açır və tərkibindəki radioaktiv element olan "ribidium”un köməyi ilə həzmə kömək edir. Mikrobları öldürür və orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxardır. Ürəyin fəaliyyətini yaxşılaşdırır və qan damarlarının divarını bərkidir. Tərkibindəki zəngin yod vasitəsilə zob xəstələrinin dərmanıdır və adi insanlarda zobun yaranmasına mane olur. Qanı artırır, ürəyi daim oksigenlə təmin edir. Böyrəklərin fəaliyyətini gücləndirir. Əsəbləri sakitləşdirir. Bədənə enerji və qüvvət verir. Qəbizliyə qarşı faydalıdır. Şəkər və vərəm xəstəliklərinə qarşı qoruyucudur. Onun həm şirəsindən içmək, həm də salat hazırlamaq olar. Çiy çuğundur salatlarına üstünlük vermək daha məsləhətlidir. Çuğundur şirəsi beyin üçün çox faydalıdır. Qaynadıb suyunu içmək böyrək daşlarını təmizləyir. Təzyiqi aşağı salır. Kök və alma şirələri ilə qarışdırıla bilər, amma şirəsini 15-20 dəqiqə gözlədikdən sonra digər meyvə şirələrinə qatmaq lazımdır.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?