Sağlamlıq

Bunları etsəniz həyatda daha uğurlu ola bilərsiniz

  • Admin
  • 08-apr-2024, 14:23
  • 0 Baxış


1. Periferik görüşünüzü inkişaf etdirin:
 
Gözlərinizi tərpətməyərək ətrafdakı əşyaları görə bilməyə "periferik görüş” deyilir. Bir parkda, skamyada oturun. Dik dayanın və dümdüz qabağa baxın. Gözlərinizi tərpətmədən ətrafdakı şeylərə diqqətinizi toplamağa, onları görməyə çalışın. Məşqin sonunda görə bildiyiniz hər şeyin siyahısını düzəldin. Bunu bir müddət sonra təkrar yoxlayın və görə bildiyiniz yeni şeylər varsa onları da siyahıya əlavə edin. 
Səbəb:
 
Elmi araşdırmalara görə konsentrasiya və diqqətini toplamaq üçün çox vacib olan və neurotransmitter acetylcholine adlanan maddə yaddaş pozulması zamanı azalır, alsaymer xəstələrində isə demək olar ki, tamamilə yox olur. Bu vizual zehni məşq beyindəki adı çəkilən maddənin düzgün idarə olunmasını sürətləndirir.
 
2. Rahat yatın:
 
Gecə rahat yatın. Yatma çətinliyi çəkirsinizsə yataq otağının səssiz və qaranlıq olmasına fikir verin. Yaxşı yatmaq üçün rahatlama metodları öyrənin, gec saatlarda kofein qəbul etməyin. Elmi araşdırmalara görə yuxu zamanı öyrənmə və zehnin qəbul etmə fəaliyyəti sürətlənir. Praktikalarda, kifayət qədər yatmayan insanların gün ərzində yeni informasiyanı öyrənməkdə çətinlik çəkdikləri müşahidə olunmuşdur. Üstəlik, yeni bir şey öyrəndikdən sonra yuxuya getmək də məlumatların uzun müddətli yaddaşa yeridilməsini sürətləndirirmiş.
3. İdman edin:
 
Velosiped sürün, üzün, gəzin… Belə fiziki fəaliyyətlər beynin sağlamlığı üçün vacibdir. Fürsət tapdıqca bədəninizi inkişaf etdirən məşqlər edin.
Səbəb:
 
Son araşdırmalara görə, məşqin beyində yaddaş və məlumat yığmağa cavabdeh mərkəz olan hipokampus üstündə pozitiv təsiri vardır. Üstəlik, davamlı idmanın da alseymerin başlanğıcını geciktirdiyi vurğulanır.
4. Maneəli yollarda gəzintiyə çıxın:
 
Daşlı və maneəli yollarda gəzin. Düz olmayan maneəli səthlərdə gəzmək, daxili qulaqda yerləşən və tarazlığa cavabdeh olan vestibul sistemini inkişaf etdirir.
5. Plastik topla məşq edin:
 
Topu havaya atib tutun. Əgər bu işdə yaxşısınızsa, kiçik oyunlar da qura bilərsiniz. Hissiyyata təsir edən bu cür fəaliyyətlər beynin vizual, toxunuş, əl-göz koordinasiyası mərkəzlərini gücləndirir.
 
6. Bir musiqi alətində ifa edin:
 
Əl-göz koordinasiyasını inkişaf etdirmək üçün bir musiqi alətində ifa edin. Musiqi alətində ifa etmək, eşitmək-qulaq asmaq, həssas əl hərəkərlərinin idarəsi və yazılı notları (vizual) mahnıya (hərəkət və səs) çevirmək kimi fərqli beyin funksiyaları arasında əlaqənin qurulmasına köməkçi olur.
7. Digər əlinizdən istifadə edin:
 
Əgər sağ əlinizi işlədirsinizsə sol əlinizindən, sol əlinizi işlədirsinizsə sağ əlinizdən istifadə edərək hərəkətlər edin. Məsələn: dişinizi həmişə adət etdiyinizlə deyil, digər əlinizlə fırçalayın. Bu məsələdə olduqca yaxşı olana qədər davam edin. Daha sonra digər əlinizlə yeməyə çalışın. Bu öyrəşdirmə sizə daha əvvəl etdiyiniz bir hərəkəti yeni və daha çox zəhmət istəyən bir öyrənmə korteksində bacarmağınızı təmin edəcəkdir. Bu, digər beyin yarım kürəsinin daha da aktivləşməsini təmin edər. Siz yeni bacarıqlara yiyələndikcə milyonlarla neyron arasında yeni əlaqələr qurulur.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?