Sağlamlıq

Qarağatın faydaları

  • Admin
  • 08-apr-2024, 15:09
  • 2 Baxış




Qarağat və yaxud firəngüzümünun faydaları.

 
Azərbaycanda Lənkəran, Şəki, Zaqatala rayonlarının meşəliklərində yayılmışdır. Həmçinin həyətyanı sahələrdə də kifayət qədər əkilib, becərilir.
Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turşməzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları vardır. Hazırda firəng üzümünün bir çox mədəni sortları yetişdirilmişdir.
Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.
Qara qarağatın yarpaqları da çox faydalı təbii müalicəvi məhsuldur. Qara qarağatın yarpaqları xalq təbabətində çox geniş istifadə olunur. Ənənəvi tibb də bu bitkinin faydalı xüsusiyyətlərini təsdiq edir.
Qara qarağat yarpaqları dəmləmələr şəklində istifadə olunur. Dəmləmənin hazırlanması qaydaları: termosa 2 x.q. doğranmış təzə qara qarağat yarpaqları qoyulur, üzərinə 1 stəkan qaynar su əlavə olunur, 1 saat ərzində dəmlənilir, süzülür və müalicəvi vasitə kimi istifadə olunur.
Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır, lakin yod daha çoxdur.
Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur. Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?