Sağlamlıq

Üzümün saymaqla bitməyən faydası

  • Admin
  • 08-apr-2024, 15:11
  • 0 Baxış



Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən biri hesab edilib. Üzümü digər meyvələrdən fərqləndirən ən önəmli xüsusiyyəti xərçəngə səbəb olan toksinləri bədəndən atmasıdır. Üzüm ən çox antioksidant ehtiva edən meyvədir.
 Üzümdən hazırlanan qida məhsulları orqanizm üçün faydalıdır. Üzümü hər mövsümdə yemək mümkündür. Çünki onun qurusu, yəni kişmiş də çox faydalıdır. Qış aylarında üzüm tapmayanda kişmiş yemək olar. Üzümün mürəbbəsi, doşabı, sirkəsi də sağlamlıq üçün əvəzedilməzdir.
Bu bitkinin meyvəsi qədər yarpaqları da faydalı xüsusiyyətlərə malikdir. Yarpaq dolmasını zeytun yağı ilə bişirsəniz, dünyanın ən ləzzətli və sağlamlıq üçün yararlı yeməyini əldə etmiş olarsınız.
Bu meyvənin tumları da sağlamlıq üçün əvəzedilməzdir.
Tumları antioksidantlarla zəngindir. Orqanizmi siqaret və spirtli içkilərin tərkibindəki zərərli maddələrdən təmizləyir. Bu səbəbdən üzüm yeyərkən tumlarını atmayın.
Qara üzüm daha faydalı hesab edilir. Qanı təmizləyir və artırır, yaşlanmanı gecikdirir.
Dərini yaxşılaşdırır. Beyin hüceyrələrini qidalandırır.
Xərçəngə qarşı mübarizə aparır.
Böyrək və bağırsaqların işini asanlaşdırır.
İnfarkt riskini azaldır. Pis xolesterinin səviyyəsini aşağı salır. Ürək damarlarını toksin və yağlardan təmizləyir.
Ödəmi atır, təzyiqi aşağı salır. Revmatizm ağrılarını aradan qaldırır.
Qırmızı şərab da eyni effekti verir. Araşdırmalar göstərir ki, gündə 1 qədəh qırmızı şərab içən insanlar daha sağlam olurlar. Qırmızı şərabın ehtiva etdiyi antioksidantlar ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?