Bu bitkilərdən təzə-təzə, həmçinin, qurudulmuş halda ayrı-ayrılıqda çay kimi dəmləyib içmək olar, yaxud qara və ya yaşıl çaya qatıb dəmləmək olar. Onların tərkibi vitaminlərlə, mineral maddələrlə zəngindir. Əhvalı yaxşılaşdırır, gümrahlıq gətirir, imunniteti möhkəmləndirir.
Çobanyastığı
Ağcaqovaq tumurcuğu
Cavan ağ şam ağacının yarpağı
Cökə çiçəyi, yarpağı
Çaytikanı yarpağı, çiçəyi, meyvəsi
Kəklikotu
Gilasın cavan budaqları və yarpağı
Gilənarın cavan budaqları və yarpağı
Xəndəkotu
Qaytarma otunun çiçəyi, 3-7 sm uzunluqda kökün yerüstü hissəsi
Qara şam (qara ağac) ağacının yarpağı
Qara qovaq tumurcuğu
Qaragilə çiçəyi, yarpağı, meyvəsi
Qarağat (qara, qırmızı) yarpağı, çiçəyi, meyvəsi
Quşüzümü (qara, qırmızı) çiçəyi, yarpağı, meyvəsi
Peyğəmbər çiçəyinin kənar ləçəkləri
Şam tumurcuqları
Şam ağacının yumşaq və yaşıl may qozları
Şimal moruğunun, eləcə də, adi moruğun təzə yarpaqları, çiçəyi, kökü
Tozağacı tumurcuqları və yarpağı, şirəsi