Sağlamlıq

"Sağlam bədən sağlam düşüncənin məhsuludur"

  • Admin
  • 08-apr-2024, 15:18
  • 0 Baxış



Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. 
Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə infeksiyalar, orqanizmin həddindən çox soyuması və qızması, düzgün qidalanmamaq, az hərəkət etmək, xəsarət almaq, spirtli içkilər, siqaret qəbulu və digər zərərli vərdişlər və işlərlə məşğul olmaq, zəhərləmələr, şüalanmanın müxtəlif növləri, xüsusi ultrabənövşəyi və rentgen şüaları və s. aiddir.
Həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, istehsalat və məişət yükü, doyunca yatmamaq və yaxşı istirahət etməmək, daxili və xarici mühit amilləri, stress kimi faktorlar insan sağlamlığının pozulmasına səbəb ola bilər.
 
Bütün bu səbəblərin düzgün bir qaydada həlli isə insan sağlamlığını qoruyan vacib ünsürlər hesab olunur. Təmiz hava gəzintisi, meşədə istirahət, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Yay fəslində daha çox tərləmə halları olduğu üçün içilən suyun miqdarına da fikir vermək lazımdır. Su aldığımız hava qədər vacibdir. Suyun tərkibi minerallarla çox zəngindir. 
Orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Bədən temperaturunu tənzimləyir, həzmə yaxşı təsir edir, zərərli maddələrin orqanizmdən ixrac olunmasına köməklik göstərir.
 
Hamam və saunaya gedərək tərləmək də sağlamlığa xeyirdir. Orqanizmin müdafiəsində mərkəzi sinir sistemi və ali sinir fəaliyyəti mühüm rol oynayır. Maddələr mübadilsəinin isə istənilən səviyyədə olması üçün düzgün qidalanma və idmanla məşğul olmaq əsas cəhətlərdən biridir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stressdən uzaqlaşdırır. Sağlamlıq baxımından üzmək, qaçmaq, velosiped sürmək çox yaxşıdır. İnsanın fiziki sağlamlığı onun psixi vəziyyətindən, öz hisslərini cilovlaya bilməsindən, emosional narazlıqları aradan qaldırılma bacarığından, müxtəlif zövqlü və xasiyyətli adamların arasında harmonik münasibətləri peşəkarcasına tənzimindən də aslıdır.
Bu baxımdan "Sağlam bədən sağlam düşüncənin məhsuludur" aforizmi sağlamlıq mövzusunda səhv düşüncənin müxtəlif fəsadlara səbəb olacağını da göstərir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?